MCGF
İpoteka və Kredit Zəmanət Fondu elan edir İpoteka və Kredit Zəmanət Fondu elan edir

31 August 2018

İpoteka və Kredit Zəmanət Fondu elan edir

İpoteka və Kredit Zəmanət Fonduna yeni ATS-in qurulması ilə bağlı müvafiq avadanlığın alınması və qurulmasına dair təkliflər sorğusu üzrə müddətlərdə dəyişikliklər edilib.  

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun 30.2-ci maddəsinə uyğun olaraq Satınalmalar komissiyası tərəfindən Təkliflər sorğusunun əsas şərtlər toplusunda dəyişikliklər edildiyindən satınalma üzrə təklif zərfləri və təklifin təminatı 13 sentyabr 2018-ci il saat 18.00-dək Fondun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək.

Təklif zərfləri 14 sentyabr 2018-ci il saat 15.00-da Fondun inzibati binasında açılacaq.

 

Təklifin qüvvədə olma müddəti 29 oktyabr 2018-ci il, təklifin təminatının qüvvədə olma müddəti 11 dekabr 2018-ci il tarixinədək müəyyən edilib.

Satınalma ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (111) nömrəli telefona zəng etmək olar.

                                                                                                                                                                                                                                                                                                                                                                                  Satınalmalar Komissiyası