MCGF
İpoteka və kredit zəmanət fondunun istiqrazlarinin 100 mln. manatliq emissiyasinin növbəti tranşi yerləşdiriləcək İpoteka və kredit zəmanət fondunun istiqrazlarinin 100 mln. manatliq emissiyasinin növbəti tranşi yerləşdiriləcək

İpoteka və kredit zəmanət fondunun istiqrazlarinin 100 mln. manatliq emissiyasinin növbəti tranşi yerləşdiriləcək

18 avqust 2025-ci il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 30 000.000 manat həcmində sənədsiz adlı, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 007.9167 manat qiyməti ilə satışa çıxarılacaq.

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz adlı, faizli ipoteka istiqrazlarının Baza emissiya prospekti 28 aprel 2025-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə illik faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitar və Reyestrsaxlayıcı xidmətlər Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.