MCGF
İpoteka və Kredit Zəmanət Fondu “AIREX 2026” - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisində iştirak edib İpoteka və Kredit Zəmanət Fondu “AIREX 2026” - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisində iştirak edib

06 November 2026

İpoteka və Kredit Zəmanət Fondu “AIREX 2026” - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisində iştirak edib

4-6 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində “AIREX 2026” - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilib. 60-dan çox yerli və xarici şirkətin təmsil olunduğu beynəlxalq sərgi yeni bazarları və əməkdaşlıq imkanlarını araşdıran investorlar üçün geniş imkanlar yaradıb. 
İpoteka və Kredit Zəmanət Fondu “AIREX 2026” - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisində iştirak edib. Fondun İdarə Heyəti sədrinin müavini Ramil Tahirov sərgi çərçivəsində təşkil olunan III Dayanıqlı Tikinti Sammitinin “Bünövrədən çıxarışa” adlı panel müzakirələrində çıxış edərək Fondun uzunmüddətli maliyyələşmə alətləri olan ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmləri barədə məlumat verib. O eyni zamanda tikinti mərhələsində yaşayış sahələrinin tikintisinin maliyyələşdirilməsi üzrə beynəlxalq təcrübədə mövcud olan mexanizmlərdən, ilkin daşınmaz əmlak bazarının iştirakçıları arasında münasibətlərin hüquqi tənzimlənməsi istiqamətində bu mexanizmlərin tətbiqinin əhəmiyyətindən bəhs edərək, bu sahədə qarşıya çıxan çağırışlar və risklərin minimumlaşdırılması və hüquqi çərçivənin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.
Panel müzakirələrində iştirakçılar tərəfindən qaldırılan məsələlər ətrafında geniş fikir müzakirəsi aparılıb, onların sualları cavablandırılıb.