MCGF
İKZF istiqrazlarının 100 mln. manatlıq emissiyasının sonuncu tranşı yerləşdiriləcək İKZF istiqrazlarının 100 mln. manatlıq emissiyasının sonuncu tranşı yerləşdiriləcək

İKZF istiqrazlarının 100 mln. manatlıq emissiyasının sonuncu tranşı yerləşdiriləcək

23 sentyabr 2022-ci il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 25 000.000 manat həcmində adlı, sənədsiz, faizli təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 007.6736 manat qiyməti ilə satışa çıxarılacaq.

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun adlı, sənədsiz, faizli təmin edilməmiş istiqrazlarının Baza emissiya prospekti 15 aprel 2022-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə illik faiz dərəcəsi 3.25% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Reyestr saxlayıcı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.