MCGF
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri – Lənkəran Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə elan Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri – Lənkəran Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə elan

05 August 2026

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri – Lənkəran Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə elan

Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 1 mənzilin, Şirvan şəhəri, Naxçıvan küçəsi, 58A ünvanında yerləşən Şirvan Yaşayış Kompleksi üzrə 528 mənzilin, Yevlax şəhəri, Rəşad Budaqov küçəsi, 1 ünvanında yerləşən Yevlax Yaşayış Kompleksi üzrə 6 mənzilin, ümumilikdə 535 mənzilin satışı 4 sentyabr 2026-cı il tarixində saat 11:00-da başlayacaq və 4 sentyabr 2026-cı il tarixi saat 16:00-dək davam edəcəkdir.

 “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 4 sentyabr 2026-cı il tarixində saat 12:00-da başlayacaq və 4 sentyabr 2026-cı il tarixi saat 16:00-dək davam edəcəkdir.

 Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

 Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

 “Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

 Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:

 Satışa Lənkəran Yaşayış Kompleksi üzrə 1, Şirvan Yaşayış Kompleksi üzrə 528, Yevlax Yaşayış Kompleksi üzrə 6 mənzil olmaqla, ümumilikdə 535 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin:

Lənkəran Yaşayış Kompleksi üzrə - 25.11.2021-ci il tarixli 32210 nömrəli müsbət rəyi;

Şirvan Yaşayış Kompleksi üzrə - 03.07.2023-cü il tarixli 35409 nömrəli müsbət rəyi;

Yevlax Yaşayış Kompleksi üzrə - 09.12.2023-cü il tarixli 36452 nömrəli müsbət rəyi mövcuddur.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi, 13 saylı Şirvan Ərazi İdarəsi və 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilmişdir.

 

Lənkəran Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzil barədə ümumi məlumat:




Şirvan Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:



Yevlax Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:



Satış şərtləri və qiymətlər:

Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.

Qeyd: “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

 

Lənkəran Yaşayış Kompleksi üzrə:

4 otaqlı mənzilin qiyməti – 108 870 manatdır.

 

Şirvan Yaşayış Kompleksi üzrə:

2 otaqlı mənzillərin qiyməti – 54 815 manat,

3 otaqlı mənzillərin qiyməti – 69 160 manatdan başlayır,

4 otaqlı mənzillərin qiyməti – 93 765 manatdan başlayır.

 

Yevlax Yaşayış Kompleksi üzrə:

2 otaqlı mənzilin qiyməti – 62 035 manat,

3 otaqlı mənzilin qiyməti – 73 910 manat,

4 otaqlı mənzillərin qiyməti – 103 740 manatdır.

 

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

 

Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

 Lənkəran Yaşayış Kompleksi üzrə:

 Şirvan Yaşayış Kompleksi üzrə:

Yevlax Yaşayış Kompleksi üzrə:

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin rəsmi internet səhifəsinə (https://mida.gov.az/layiheler) daxil olaraq Şirvan, YevlaxLənkəran Yaşayış Komplekslərində satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti və agent banklar haqqında məlumatla tanış olmaq mümkündür.

 Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az internet səhifəsində və ya Bakı şəhərində yerləşən 5 saylı “ASAN xidmət” mərkəzinə, habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.

 

Satışa çıxarılan mənzillər barədə daha ətraflı məlumatlarla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:

·    Lənkəran Yaşayış Kompleksində satışa çıxarılan mənzil

·    Şirvan Yaşayış Kompleksində satışa çıxarılan mənzillər

·    Yevlax Yaşayış Kompleksində satışa çıxarılan mənzillər