1.
İstiqrazlar üzrə zəmanət mexanizminin məqsədi nədir?
2.
Kimlər bu mexanizmdən istifadə edə bilər?
·
Qeyri-neft
sektorunda fəaliyyət göstərən və Azərbaycan Respublikası ərazisində sahibkarlıq
fəaliyyəti həyata keçirən korporativ istiqrazlar buraxmaq istəyən və Fondun tələblərinə
cavab verən rezident kommersiya hüquqi şəxsləri bu mexanizmdən istifadə edə bilərlər.
3. Mexanizm necə işləyir?
·
Fond tərəfindən zəmanətin
verilməsi üçün emitent müvəkkil investisiya şirkəti vasitəsi ilə emissiya
prospektinin layihəsini müvafiq sənədlərlə birlikdə Fonda təqdim edir.
·
Fondun səlahiyyətli
orqanı müraciətə 10 (on) iş günü ərzində baxır və zəmanətin verilib-verilməməsi
barədə qərar qəbul edir və 3 (üç) iş günü müddətində müvəkkil investisiya şirkətinə
bu barədə yazılı bildiriş göndərir.
· Zəmanətin verilməsi barədə qərar qəbul edildikdən sonra emitent tərəfindən qanunvericiliyə müvafiq qaydada istiqrazların emissiyası həyata keçirilir. İstiqrazlar üzrə zəmanətin alınma mərhələlərinə bax.
4. Zəmanətin alınması üçün girov predmeti tələb
olunur?
·
Zəmanətinin
alınması üçün girov predmeti mütləq şərt deyil.
5.
İstiqrazlar
üzrə zəmanət mexanizmindən yararlanmaq üçün hara müraciət etmək lazımdır?
· Emitent Fondla müqavilə imzalamış Müvəkkil investisiya şirkətilərindən birinə müraciət edə bilər. Müvəkkil investisiya şirkətilərin siyahısı saytda yerləşdirilmişdir. Müvəkkil investisiya şirkətlərinin siyahısına bax.
6.
İstiqrazlar
üzrə zəmanət mexanizminin şərtləri nədir?
· Zəmanət verilən bir emissiya prospekti üzrə istiqrazların məcmu nominal dəyəri 300 000 (üç yüz min) manatdan az, istiqrazlar üzrə tədavül müddəti isə 7 (yeddi) ildən çox olmamalıdır. Bir emissiya prospekti üzrə zəmanətin yerləşdirilmiş istiqrazların məcmu nominalının və ya nominaldan aşağı qiymətlə yerləşdirildiyi (diskontla) halda onların ilkin yerləşdirmə qiymətinin (diskontlu qiymətinin) qalıq dəyərinə nisbəti 15%-dən az və 60%-dən çox olmamalıdır. İstiqrazlar üzrə zəmanətin verilməsi şərtlərinə bax.
7.
Kimlər istiqrazlar üzrə zəmanət mexanizmindən faydalana bilməz?
·
Sığorta şirkəti,
kredit təşkilatı, investisiya şirkəti, investisiya fondu, investisiya fondunun
idarəçisi, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxs, lombard,
lizinq şirkəti, poçt rabitəsinin milli operatoru, valyuta mübadiləsi fəaliyyətinə
lisenziya almış şəxs, habelə digər maliyyə institutları portfel zəmanətindən
faydalana bilməz.