Zəmanətin verilməsi şərtləri:
·
Zəmanət verilən
bir emissiya prospekti üzrə istiqrazların məcmu nominal dəyəri 300 000 (üç yüz
min) manatdan az olmamalı;
·
Bir emitentin
bütün emissiya prospektləri üzrə zəmanət verilən istiqrazlarının məcmu nominal
dəyəri ilə həmin emitentin daxil olduğu bir-biri ilə əlaqədar borcalanlar
qrupunun Fondun zəmanət mexanizmləri üzrə zəmanət verilən kreditlərinin məbləğinin cəmi
10 000 000 (on milyon) manatdan çox olmamalı;
·
İstiqrazlar üzrə
tədavül müddəti isə 7 (yeddi) ildən çox olmamalı;
·
Fond tərəfindən
verilən zəmanətin şərtləri, habelə istiqraz mülkiyyətçilərinə dair qiymətli
kağızlar üzrə depozitar sistemindəki məlumatların Fonda ötürülməsi
barədə xəbərdarlıq emissiya prospektində əks olunmalıdır;
·
Bir emissiya
prospekti üzrə zəmanətin yerləşdirilmiş istiqrazların məcmu nominalının və ya
nominaldan aşağı qiymətlə yerləşdirildiyi (diskontla) halda onların ilkin yerləşdirmə
qiymətinin (diskontlu qiymətinin) qalıq dəyərinə nisbəti 15%-dən az və 60%-dən
çox olmamalıdır.
Zəmanət verilməsi üçün Fonda müraciət edilən tarixə
emitent aşağıdakı tələblərə cavab verməlidir:
·
qeyri-neft
sektorunda fəaliyyət göstərməli;
·
Azərbaycan
Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərinin,
habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə
alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən
edilmiş vəzifələrinin yerinə yetirilməməsi halları mövcud olmamalı;
·
müvafiq
sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin
yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı
(qanunvericiliklə tələb olunduqda);
·
Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Fonda və müvəkkil investisiya
şirkətinə aidiyyəti şəxs olmamalı;
·
kredit hesabatına əsasən,
kredit öhdəlikləri üzrə 60 (altmış) gündən artıq gecikməsi və ya son 1 (bir) il
ərzində qeyri-işlək kredit statusu almış kredit borcu olmamalı;
·
kredit hesabatına əsasən,
nizamnamə kapitalında 25% və daha artıq payı olan fiziki və (və ya) hüquqi şəxslərin
kredit öhdəlikləri üzrə 60 (altmış) gündən artıq gecikməsi və ya son 1 (bir) il ərzində
qeyri-işlək kredit statusu almış kredit borcları olmamalı;
·
kredit hesabatına əsasən,
emitentin kredit öhdəliyi üzrə zamin qismində çıxış edən fiziki və (və ya)
hüquqi şəxslərin kredit öhdəlikləri üzrə 60 (altmış) gündən artıq
gecikməsi və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit
borcları olmamalı;
·
özünün, habelə
nizamnamə kapitalında 25% və daha artıq payı olan hüquqi şəxslərin emissiya
etdiyi istiqrazlar üzrə 60 (altmış) gündən artıq gecikməsi olmamalı;
·
emitentin bank
hesabları üzərində pul vəsaitinin silinməsinə dair hazırda müvafiq sərəncam
olmamalıdır;
·
istiqrazlar vasitəsilə
cəlb olunacaq vəsait emitentin digər öhdəliklərinin yenidən maliyyələşdirilməsi
(mövcud borc öhdəliyinin yeni borc öhdəliyi ilə əvəzləşdirilərək rəsmiləşdirilməsi)
üçün alınmamalı;
·
nizamnamə
kapitalında dövlətin iştirak payı 50%-dən çox olmamalı;
·
mərc oyunları fəaliyyəti
ilə məşğul olan sahibkar olmamalı.
Sığorta şirkətlərinin, kredit təşkilatlarının,
investisiya şirkətlərinin, investisiya fondlarının, investisiya fondları
idarəçilərinin, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan digər
şəxslərin, lombardların, lizinq şirkətlərinin, poçt rabitəsinin milli
operatorunun, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin, habelə
digər maliyyə institutlarının sifarişləri üzrə zəmanət verilmir.