Zəmanətin alınma
mərhələləri:
1.
Zəmanət üçün müraciət - Fond tərəfindən zəmanətin
verilməsi üçün emitent müvəkkil investisiya şirkəti vasitəsi ilə emissiya
prospektinin layihəsini müvafiq sənədlərlə birlikdə Fonda təqdim edir.
2.
Müraciətin qiymətləndirilməsi və zəmanətin verilməsi – Fondun səlahiyyətli orqanı müraciətə 10 (on) iş
günü ərzində baxır və zəmanətin verilib-verilməməsi barədə qərar qəbul edir və
3 (üç) iş günü müddətində müvəkkil investisiya şirkətinə bu barədə yazılı
bildiriş göndərir.
3.
İstiqrazların buraxılışı - Zəmanətin verilməsi barədə qərar qəbul edildikdən
sonra emitent tərəfindən qanunvericiliyə müvafiq qaydada istiqrazların
emissiyası həyata keçirilir.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.