Portfel zəmanəti ilə bağlı müntəzəm verilən suallar

1.    Portfel zəmanəti mexanizmi dedikdə nə başa düşülür?

·    Portfel zəmanəti mexanizmi üzrə Fond tərəfindən təminat verilməsi mikro və kiçik sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədini daşıyır və müvəkkil banklarla risklərin bölüşdürülməsi aləti kimi çıxış edir.

 

2.    Portfel zəmanəti mexanizmi üzrə kimlər müraciət edə bilər?

·    Portfel zəmanəti Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə müvəkkil banka kredit sifarişi ilə müraciət edən mikro və ya kiçik sahibkarların öhdəlikləri üzrə verilir.

 

3.    Mexanizm necə işləyir?

·    Borcalan zəmanət tələb olunan kredit sifarişi ilə müvəkkil banka müraciət edir. Müvəkkil bank borcalanın kredit sifarişinin Qaydaların tələblərinə uyğunluğunu yoxlayır, sifariş üzrə maliyyə kredit təhlili aparır və bunların əsasında müvəkkil bankın səlahiyyətli orqanı müvafiq qərar qəbul edir.

·    Müvəkkil bankın səlahiyyətli orqanının qərarı müsbət olduqda, müvəkkil bank Fondun zəmanəti əsasında kreditin verilməsini həyata keçirir. Müvəkkil bank portfel zəmanəti verilmiş portfelə kreditin daxil edilməsi üçün kredit barəsində məlumat formasını kredit müqaviləsi imzalandıqdan  sonra 3 (üç) iş günü müddətində Fonda təqdim edir.

·    Portfel zəmanəti qüvvədə olduğu dövrdə müvəkkil bank Fonda komissiya ödəyir. Portfel Zəmanəti üzrə komissiyalara bax.

 

4.     Kredit portfelinin təminatı mexanizmi üzrə kreditin şərtləri nədir?

·    Portfel zəmanəti üzrə kredit portfelinə daxil olan kreditin məbləği 5 000 (beş min) manatdan az və 50 000 (əlli min) manatdan çox, kreditin illik faiz dərəcəsi 20%-dən yüksək, kreditin müddəti 3 (üç) aydan az və 3 (üç) ildən çox olmamalıdır. Hər bir kredit portfelinə daxil olan kredit üzrə zəmanət məbləğinin həmin kredit üzrə əsas borc qalığına nisbəti 60% təşkil etməlidir. Portfel Zəmanətinin verilməsi şərtlərinə bax.

 

5.     Hansı təyinatlı kreditlərə zəmanət verilir və zəmanət şərtləri necədir?

·    Portfel zəmanəti əsas və dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə alınmış kreditlərə verilir.

 

6.    Portfel zəmanəti mexanizmindən yararlanmaq üçün hara müraciət etmək lazımdır?

·    Sahibkar portfel zəmanəti üzrə kreditlərin alınması üçün Fondla müqavilə imzalamış müvəkkil banklardan birinə müraciət edə bilər. Müvəkkil bankların siyahısı ilə müvafiq keçiddə tanış ola bilərsiz. Portfel zəmanəti üzrə müvəkkil təşkilatlarının siyahısına bax.

 

7.    Portfel zəmanətinə daxil edilən kreditlər üçün girov predmeti tələb olunur?

·    Portfel zəmanəti alınan kreditlər üçün girov predmeti mütləq şərt deyildir.     

            

8.    Kimlər Portfel zəmanəti mexanizmindən faydalana bilməz?

·    Sığorta şirkəti, kredit təşkilatı, investisiya şirkəti, investisiya fondu, investisiya fondunun idarəçisi, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxs, lombard, lizinq şirkəti, poçt rabitəsinin milli operatoru, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs, habelə digər maliyyə institutları portfel zəmanətindən faydalana bilməz.