Zəmanətin verilməsi şərtləri:
·
Portfel
zəmanəti üzrə kredit portfelinə daxil olan kreditin məbləği 5 000 (beş min)
manatdan az və 50 000 (əlli min) manatdan çox olmamalı;
·
kreditin illik faiz dərəcəsi 20%-dən
yüksək olmamalı;
·
kreditin müddəti 3 (üç)
aydan az və 3 (üç) ildən çox olmamalı;
·
Bir borcalanın bütün müvəkkil
banklar üzrə portfel zəmanəti verilən cəmi kreditlərinin məbləği 250 000
(iki yüz əlli min) manatdan çox olmamalı;
·
Hər bir kredit portfelinə daxil
olan kredit üzrə zəmanət məbləğinin həmin kredit üzrə əsas borc qalığına
nisbəti 60% təşkil etməlidir;
Zəmanətin verilməsi halları:
·
Portfel
zəmanəti Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyətinin
maliyyələşdirilməsi məqsədilə müvəkkil banka kredit sifarişi ilə müraciət edən mikro
və ya kiçik sahibkarların öhdəlikləri üzrə verilir.
Müraciət edən
tarixə sahibkar aşağıdakı tələblərə cavab verməlidir:
·
Azərbaycan
Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş
öhdəliklərinin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət
nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi
ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi halları
mövcud olmamalı;
·
müvafiq sahibkarlıq
fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə
yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı
(qanunvericiliklə tələb olunduqda);
·
özü, habelə hüquqi
şəxs olduqda, nizamnamə kapitalında 25% və daha artıq payı olan fiziki və (və
ya) hüquqi şəxslər, fiziki şəxs olduqda isə, yaxın qohumları və ya birgə
təsərrüfat aparan ailə üzvləri müvəkkil banka aidiyyəti şəxs olmamalı;
·
kredit hesabatına əsasən,
kredit öhdəlikləri üzrə 60 (altmış) gündən artıq gecikməsi olmamalı və ya son 1
(bir) il ərzində qeyri-işlək kredit statusu almış kredit borcu olmamalı;
·
kredit hesabatına
əsasən, sahibkar hüquqi şəxsin nizamnamə kapitalında 25% və daha artıq payı
olan fiziki və (və ya) hüquqi şəxslərin kredit öhdəlikləri üzrə 60 (altmış)
gündən artıq gecikməsi olmamalı və ya son 1 (bir) il ərzində qeyri-işlək kredit
statusu almış kredit borcları olmamalı.
Sığorta şirkətlərinin, kredit təşkilatlarının,
investisiya şirkətlərinin, investisiya fondlarının, investisiya fondları
idarəçilərinin, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin,
lombardların, lizinq şirkətlərinin, poçt rabitəsinin milli operatorunun,
valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin, habelə digər maliyyə
institutlarının kredit sifarişləri üzrə zəmanət verilmir.