1.
İpoteka və Kredit Zəmanət Fondu üçün qiymətli kağızların öhdəlik
götürmədən yerləşdirilməsi və anderraytinqi üzrə xidmətlərin satın alınması ilə
bağlı açıq tender;
Açıq tender 02 iyun 2020-cu il 15:30-da dövlət
satınalmalarının vahid internet protalı
vasitəsilə başlayıb.Tender üzrə
ilkin sənədlər 25 iyun 2020-ci il 10:00-dək, təklif zərfləri və təklifin
təminatı isə 03 aprel 2020-ci il 18:00-dək qəbul ediləcək. Tender üzrə
prosedurlar 07 iyul 2020-ci il tarixində
saat 10:00-da təklif zərflərinin açılması ilə başlanılacaq. Tenderdə
göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq.
Satınalma müqaviləsinin
icra müddəti 18 (on səkkiz) ay müəyyən edilir. Tender üzrə iştirak haqqı 150 manat məbləğində müəyyən edilib.
2.
İpoteka və Kredit Zəmanət Fondu üçün qiymətli kağızlar ilə aparılan
əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi üzrə xidmətlərin
satın alınması ilə bağlı açıq tender.
Açıq tender 02 iyun 2020-cu il 16:00-da dövlət
satınalmalarının vahid internet protalı
vasitəsilə başlayıb. Tender üzrə
ilkin sənədlər 25 iyun 2020-ci il 11:00-dək, təklif zərfləri və təklifin
təminatı isə 06 iyul 2020-ci il 18:00-dək qəbul ediləcək. Tender üzrə
prosedurlar 07 iyul 2020-ci il tarixində
saat 11:00-da təklif zərflərinin açılması ilə başlanılacaq. Tenderdə
göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq.
Satınalma
müqaviləsinin icra müddəti 12 (on iki) ay müəyyən edilir. Tender üzrə iştirak
haqqı 100 manat məbləğində müəyyən edilib.
Hər iki tender üzrə iştirak haqqı heç bir halda geri qaytarılmır.Ödəniş
AZN-lə həyata keçiriləcək.
Azərbaycan Respublikasının İpoteka və Kredit
Zəmanət Fondu
Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül
prospekti 40
VÖEN: 1403502281
H/h: AZ57NABZ01360450000000005944
Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı
VÖEN: 9900071001
Kоd: 501004
M/h: AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik: NABZAZ2C
Hər iki tender
təklifi üzrə qiymət zərfi 60 bal və texniki zərf isə 40 bal ( xidmətlər üzrə şərtlər-
20, xidmətlərin keyfiyyəti-20) olaraq qiymətləndiriləcək. Təkliflərin qüvvədə
olma müddəti 21 avqust 2020-ci il tarixinədək,
tender təklifinin təminatlarının qüvvədə olma müddəti isə 07 sentyabr 2020-ci il tarixinədək olmalıdır.
Hər
iki tender üzrə iddiaçı kimi iştirak etmək
istəyən malgöndərənlər aşağıdakı sənədlərin skan surətlərini dövlət
satınalmalarının vahid internet portalı
vasitəsilə təqdim etməlidir:
a.
Satınalmada iştirak etmək üçün ərizə;
b.
İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
c.
Təklif;
d.
Təklifin qiymətinin 1 faizi həcmində təminat (bank qarantiyası);
e. İddiaçının
hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə,
dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN,
lisenziya) surətləri;
f. Tender təklifini və satınalma müqaviləsini imzalamaq
səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin
edilməsi barədə əmr) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;
g.
İddiaçının fəaliyyətinin
axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri;
h.
Azərbaycan Respublikasında
vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş
öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış;
i. İddiaçının
müvafiq sahə üzrə peşəkarlığını və təcrübəsini (investisiya xidmətlərinin
(əməliyyatlarının) həyata keçirilməsinə dair ixtisas şəhadətnamələri və s.),
təşkilati strukturunu, daxili nəzarət və risklərin idarə olunması sistemlərini,
eləcə də texniki imkanlarını əks etdirən məlumatlar;
j. İddiaçının
son üç ildə apardığı əməliyyatlar barədə məlumat (göstərdiyi xidmətlər
üzrə əməliyyatların məbləği, aktivlərin
növü, müştərilər haqqında ümumiləşdirilmiş məlumat və s.);
k.
İddiaçının
mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin siyahı sayı” və “illik gəlir” meyar
göstəricilərini əks etdirən məlumatlar (1 nömrəli Əlavə);
l.
İddiaçıya dair tələblər
ilə bağlı aidiyyəti istiqamətləri əhatə edən məktub.
Hər iki
tender üzrə ən az 3 iddiaçı iştirak etməlidir. Məxfi
məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün Fond
tərəfindən tədbirlər görülür. Fond və ya onun adından iddiaçıya, həmçinin iddiaçı
tərəfindən Fonda məlumatların ötürülməsi, eləcədə, tender təklifləri, tenderin
qiymətləndirilməsi və bütün prosedurlar yalnız dövlət satınalmalarının vahid
internet portalı vasitəsilə elektron imza və ya Asan imza sahibləri tərəfindən
həyata keçirilir. Bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.
Müvafiq tenderlər
üzrə prosedurlar “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik
hissəsində (https://etender.gov.az/laws)
tanış ola bilər və iddiaçılar tenderə dair izahatları Portalın sual-cavab
hissəsi vasitəsilə Fonda müraciət edərək ala bilərlər.
Fondun tenderin
keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi
nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin qanunvericilikdə
nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır.
Hər iki tender
üzrə qalibə tender təklifi aksept edildikdən sonra bildiriş göndərilir və dövlət
satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada satınalma
müqaviləsi bağlanılır. Satınalma
müqaviləsi “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin
nümunəsini”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin 34 nömrəli qərarına uyğun imzalanacaq.
Əlavə məlumat
almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: Satınalmalar Komissiyasının
katibi Nuray Rəşidli (+99412) 441-24-23 (daxili
203), Faks: (+99412) 598-11-77.
Satınalmalar Komissiyası