Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən tikinti obyektinin layihələşdirilməsi işlərinin satın alınması ilə bağlı açıq tender üsulu tətbiq edilməklə keçirilmiş elektron satınalma başa çatmışdır. Tender üzrə “YES ARCHITECTS” MMC ilə 18 aprel 2022-ci il tarixli TOL/22 nömrəli satınalma müqaviləsi bağlanmışdır.
Satınalmalar Komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.