22.05.2009

Azərbaycan İpoteka Fondunun veb-səhifəsi yeniləşdirilmişdir

Azərbaycan  Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun  yeni saytı (www.amf.az) istifadəyə verilmişdir.  Fondun yeni saytı struktur, funksionallıq və zəngin məlumat bazası baxımından əvvəlkindən fərqlidir.

Yeni saytda ipoteka sistemi barədə ictimaiyyəti daha çox maraqlandıran məsələlər, habelə AİF-in  fəaliyyəti, beynəlxalq əlaqələri, statistik göstəricilər, mövcud qanunvericilik bazası, ipoteka kreditlərinin alınma prosesi və yeni şərtləri barədə ətraflı məlumatlar əldə etmək olar.