İpoteka və Kredit Zəmanət
Fondu dəmir dolab üçün qovluqların alınması
ilə bağlı açıq tender elan edir.
Açıq tender üzrə ölçüləri 240x365 mm, dəmir asılqanların eni 410 mm. və
texniki xüsusiyyətləri kağız materialdan, dəmir asılqan ilə təchiz olunmuş 6000
ədəd dəmir dolab üçün
qovluqların alınması nəzərdə tutulub.
Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər
aşağıdakı sənədlərin skan surətlərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidir:
a.
Satınalmada iştirak etmək üçün ərizə;
b.
İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
c.
Təklif;
d.
Təklifin qiymətinin 1 faizi həcmində təminat (bank qarantiyası);
e. iddiaçının
hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə,
dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) surətləri, ƏDV qeydiyyatının olub-olmamasını
müəyyən etməyə imkan verən sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri;
f.
İddiaçının iş təcrübəsini təsdiq edən sənədlərin surətləri;
g.
Təklifi və satınalma müqaviləsini imzalamaq
səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə
təyin edilməsi barədə əmr) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;
h.
İddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə
vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri;
i.
Azərbaycan Respublikasında vergilərə və digər
icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması
haqqında müvafıq vergi orqanından arayış;
j. İddiaçıya dair tələblər ilə bağlı aidiyyəti
istiqamətləri əhatə edən məktub.
Satınalma müqaviləsi
“Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsini”nin təsdiq
edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 34 nömrəli
qərarına uyğun imzalanacaqdır. Ödəniş mallar təhvil verildikdən sonra 5 iş günü
ərzində AZN-lə həyata keçiriləcəkdir. Satınalma müqaviləsi imzalandığı tarixdən
başlayaraq 2 (iki) ay müddətində icra edilməli və mallar Fonda təhvil verilməlidir.
Tenderdə iştirak haqqı 100 manat məbləğində müəyyən
edilmişdir. İştirak haqqı heç bir halda geri
qaytarılmır.
Azərbaycan
Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
Ünvan: AZ1014, Bakı şəhəri,
Nəsimi rayonu, Bül-bül prospekti 40
VÖEN: 1403502281
H/h:
AZ57NABZ01360450000000005944
Bank: Azərbaycan
Respublikası Mərkəzi Bankı
VÖEN: 9900071001
Kоd: 501004
M/h:
AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik:
NABZAZ2C
Açıq tender 21 oktyabr 2019-cu il 15:00-da dövlət
satınalmalarının vahid internet protalı
vasitəsilə başlayıb.Tender üzrə ilkin sənədlər 13 noyabr 2019-cu il 10:00-dək,
təklif zərfləri və təklifin təminatı isə 21
noyabr 2019-cu il 11:57-dək
qəbul ediləcək. Tender üzrə prosedurlar 22 noyabr 2019-cu il tarixində saat 10.00-da təklif zərflərinin
açılması ilə başlanılacaq. Tenderdə göstərilən vaxtdan gec təqdim olunmuş
sənədlər və təkliflər qəbul olunmayacaq.
Tender
təklifi üzrə qiymət zərfi 60 bal və texniki zərf isə 40 bal ( mallar üzrə şərtlər-
20, malların keyfiyyəti-20) olaraq qiymətləndiriləcək. Qiymət təklifində təklifin
qüvvədə olma müddəti (14 yanvar 2020-ci
il), tender təklifinin təminatında isə təminatın qüvvədə olma müddəti (28 fevral 2020-ci il) qeyd olunmalıdır.
Qiymət təklifi nəqliyyat xərcləri və digər xərclər daxil olmaqla, həmçinin,
iddiaçı ƏDV ödəyicisi olduqda ƏDV daxil olmaqla tam verilməlidir.
Açıq tender
üzrə ən az 3 iddiaçı iştirak etməlidir. Məxfi
məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün Fond
tərəfindən tədbirlər görülür. Fond və ya onun adından iddiaçıya, həmçinin iddiaçı
tərəfindən Fonda məlumatların ötürülməsi, eləcədə, tender təklifləri, tenderin
qiymətləndirilməsi və bütün prosedurlar yalnız dövlət satınalmalarının vahid
internet portalı vasitəsilə elektron imza və ya Asan imza sahibləri tərəfindən
həyata keçirilir. Bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib
olunmalıdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcək. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (https://etender.gov.az/laws) tanış ola bilər və iddiaçılar bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə Fonda müraciət edərək ala bilərlər.
Fondun bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Tenderin qalibinə tender təklifi aksept edildikdən sonra bildiriş göndərilir və dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada satınalma müqaviləsi bağlanılır.
Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: Satınalmalar Komissiyasının katibi Nuray Rəşidli (+99412) 441-24-23 (daxili 203), Faks: (+99412) 598-11-77.