İpoteka və Kredit Zəmanət
Fondu mebel avadanlıqlarının satın alınmasına dair təkliflər sorğusu elan
edir.
Satınalma üzrə prosedurlar 02 aprel 2019-cu il tarixində saat
15.00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə
başlanılacaq.
Satınalmada iddiaçı kimi iştirak etmək istəyən
malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidir:
- satınalmada
iştirak etmək üçün ərizə;
- iştirak
haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- təklif;
- təklifin
qiymətinin 1 faizi həcmində təminat (bank qarantiyası);
- iddiaçının
hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı
haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN, ƏDV qeydiyyatının
olub-olmamasını müəyyən etməyə imkan verən sənəd və s.) notariat
qaydasında təsdiq edilmiş surətləri;
- iddiaçının
iş təcrübəsini təsdiq edən sənədlərin surətləri;
- təklifi
və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin
səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr)
iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;
- iddiaçının
fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı və bank
rekvizitləri;
- Azərbaycan
Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi
vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (Vergilər
Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən arayışlar);
Satınalmada iddiaçı kimi iştirak etmək istəyən
malgöndərənlər aşağıdakı tələblərə cavab verməlidir:
- öz
əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə
qabiliyyəti olması;
- müflis
elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun
olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs
olmaması;
- satınalma
prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini
idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma
müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə
əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə
fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
Təkliflər sorğusunun əsas
şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli
mallar üzrə təkliflərin xeyrinə xaricdən idxal olunan eyni malların təklif
edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq
ediləcək.
Satınalmanın icra müddəti: Satınalma müqaviləsi imzalandığı tarixdən
başlayaraq 2 (iki) ay müddətində icra edilməli və mallar Fonda təhvil
verilməlidir.
Təkliflər
sorğusunun əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunub.
Satınalmada iştirak
haqqı 100 manat məbləğində müəyyən edilib. İştirak haqqı Fondun aşağıdakı hesabına
ödənildikdən sonra satınalmanın təkliflər sorğusunun əsas şərtlər toplusu
malgöndərənlərə təqdim ediləcək:
Azərbaycan
Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
Ünvan: AZ1014,
Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40
VÖEN: 1403502281
H/h: AZ57NABZ01360450000000005944
Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı
VÖEN: 9900071001
Kоd: 501004
M/h: AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik: NABZAZ2C
İştirak
haqqı heç bir halda geri qaytarılmır.
Satınalma üzrə ilkin
sənədlər 13 mart 2019-cu il tarixinədək, təklif zərfləri və
təklifin təminatı isə 01 aprel 2019-cu il tarixinədək qəbul
ediləcək.
Əlavə məlumat almaq üçün
əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili
111), Faks: (+99412) 598-11-77.