İpoteka və Kredit Zəmanət Fondu dəmir dolab üçün qovluqların alınması ilə bağlı açıq tender elan edir.
Tender üzrə prosedurlar 08 oktyabr 2019-cu il tarixində saat 15.00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaq.
Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər
aşağıdakı sənədləri təqdim etməlidir:
a.
Satınalmada iştirak etmək üçün ərizə;
b.
İştirak haqqının ödənilməsini təsdiq edən bank
sənədi;
c.
Təklif;
d.
Təklifin qiymətinin 1 faizi həcmində təminat (bank
qarantiyası);
e. iddiaçının
hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə,
dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) notariat qaydasında təsdiq edilmiş surətləri,
ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin müvafiq
qaydada təsdiq edilmiş surətləri;
f.
İddiaçının iş təcrübəsini təsdiq edən sənədlərin
surətləri;
g.
Təklifi və satınalma müqaviləsini imzalamaq
səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə
təyin edilməsi barədə əmr) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;
h.
İddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə
vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri;
i. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış
Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər
aşağıdakı tələblərə cavab verməlidir:
-
öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə
etmək imkanı, habelə ödəmə qabiliyyətli olması;
-
müflis elan olunmaması, əmlakı üzərinə həbs
qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə
kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
Tenderin Əsas
şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli
mallar üzrə təkliflərin xeyrinə xaricdən idxal olunan eyni malların təklif
edilən qiymətinin 20 faizi həcmində güzəştli
düzəliş tətbiq ediləcək.
Tender üzrə icra müddəti: Satınalma müqaviləsi imzalandığı tarixdən başlayaraq 2 (iki) ay müddətində icra edilməli və mallar Fonda təhvil verilməlidir.
Açıq tenderin Əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunub.
Tenderdə iştirak haqqı 100 manat məbləğində müəyyən edilib. İştirak haqqı Fondun aşağıdakı hesabına ödənildikdən sonra açıq tenderin Əsas şərtlər toplusu malgöndərənlərə təqdim ediləcək:
Azərbaycan
Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
Ünvan: AZ1014, Bakı şəhəri,
Nəsimi rayonu, Bül-bül prospekti 40
VÖEN: 1403502281
H/h:
AZ57NABZ01360450000000005944
Bank:
Azərbaycan Respublikası Mərkəzi Bankı
VÖEN:
9900071001
Kоd: 501004
M/h:
AZ74NABZ01451700000000001944
S.W.I.F.T
bik: NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tender üzrə ilkin sənədlər 25 sentyabr 2019-cu il tarixinədək, təklif zərfləri və təklifin təminatı isə 07 oktyabr 2019-cu il tarixinədək qəbul ediləcək.
Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 111), Faks: (+99412) 598-11-77.