İpoteka və Kredit Zəmanət Fondu əməkdaşlarının 2019-2021-ci illər üzrə tibbi sığortalanması ilə bağlı xidmətlərin satın alınmasına dair açıq tender elan edir.
Tender üzrə prosedurlar 14 dekabr 2018-ci il tarixində saat 15.00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaq.
Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidir:
Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı tələblərə cavab verməlidir:
Əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə xidmət təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcək.
Xidmətin icra müddəti: Fondun əməkdaşlarının tibbi sığortalanması üzrə xidmətlər 2019-2021-ci illər üzrə (3 il müddətinə) təqdim edilməlidir.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunub.
Tenderdə iştirak haqqı 300 manat məbləğində müəyyən edilib. İştirak haqqı Cəmiyyətin aşağıdakı hesabına ödənildikdən sonra tenderin əsas şərtlər toplusu malgöndərənlərə təqdim ediləcək:
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40
VÖEN: 1403502281
H/h: AZ57NABZ01360450000000005944
Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı
VÖEN: 9900071001
Kоd: 501004
M/h: AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik: NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tender üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 13 dekabr 2018-ci il saat 18:00-dək, tələb olunan digər sənədlər isə 03 dekabr 2018-ci il saat 18:00-dək İpoteka və Kredit Zəmanət Fondunun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.
Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin (Administrativ departamentin İnsan resursları qrupunun rəhbəri Günel Ağayeva) iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 195), Faks: (+99412) 598-11-77.
Satınalmalar komissiyası