İpoteka və Kredit Zəmanət Fondu daşınmaz əmlak
bazarında tələbin və kiçik və orta
sahibkarların maliyyə resurslarına və xidmətlərinə tələbin, maliyyə xidmətlərinə
çıxışı məhdudlaşdıran amillərin öyrənilməsinə dair sorğuların keçirilməsi üzrə xidmətlərin satın alınması ilə bağlı açıq
tender elan edir.
Açıq tender 2 (iki) Lotdan
ibarətdir:
-
Lot 2 - Kiçik
və orta sahibkarların maliyyə resurslarına və xidmətlərinə tələbin, maliyyə
xidmətlərinə çıxışı məhdudlaşdıran amillərin öyrənilməsinə dair sorğunun
keçirilməsi üzrə xidmətlərin satın alınması.
Satınalma üzrə
prosedurlar 26 iyul 2019-cu il tarixində
saat 15.00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə
başlanılacaq.
Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər
aşağıdakı sənədləri təqdim etməlidir:
-
Tenderdə iştirak etmək üçün ərizə (hər Lot üzrə ayrı
ərizə yazılmalıdır);
-
İştirak haqqının ödənilməsini təsdiq edən bank
sənədi;
-
Hər lot üzrə ayrıca tender təklifi;
-
Hər lot üzrə ayrıca təklifin qiymətinin 1 faizi
həcmində təminat (bank zəmanəti);
-
İddiaçının hüquqi statusunu əks etdirən sənədlərin
(nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış,
VÖEN) notariat qaydasında təsdiq edilmiş surətləri, ƏDV qeydiyyatının
olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri;
-
Tender təklifini və satınalma müqaviləsini imzalamaq
səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə
təyin edilmə barədə əmr);
-
İddiaçının iş təcrübəsini təsdiq edən sənədlərin
surətləri;
-
İddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə
vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri;
-
Azərbaycan Respublikasında vergilərə və digər icbari
ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması barədə
müvafiq icra hakimiyyəti orqanından arayışlar.
Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər
aşağıdakı tələblərə cavab verməlidir:
-
öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə
etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
-
müflis elan olunmaması, əmlakı üzərinə həbs
qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə
kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
-
satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il
ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri,
yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış
göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların
müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan
edilməməsi.
Açıq tenderin ‘sas
şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə
təkliflərin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin
təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli
düzəliş tətbiq ediləcək.
Tender üzrə icra müddəti: Satınalma müqaviləsinin
icra müddəti 4 (dörd) ay müəyyən edilir.
Açıq tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunub.
Tenderdə iştirak haqqı hər lot üzrə 100 (bir yüz)
manat məbləğində müəyyən edilib. İştirak haqqı Fondun aşağıdakı hesabına ödənildikdən
sonra Açıq tenderin Əsas şərtlər toplusu malgöndərənlərə təqdim ediləcək:
Azərbaycan
Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül
prospekti 40
VÖEN: 1403502281
H/h: AZ57NABZ01360450000000005944
Bank: Azərbaycan Respublikasının Mərkəzi Bankı
VÖEN: 9900071001
Kоd: 501004
M/h: AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik: NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tender üzrə
ilkin sənədlər 15 iyul 2019-cu il
tarixinədək, təklif zərfləri və təklifin təminatı isə 25 iyul 2019-cu il tarixinədək qəbul ediləcək.
Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 126), Faks: (+99412) 598-11-77.
Satınalmalar komissiyası