19.02.2019

İpoteka və Kredit Zəmanət Fondu açıq tender elan edir

İpoteka və Kredit Zəmanət Fondu üçün dəftərxana, azqiymətli və təsərrüfat mallarının satın alınmasına dair açıq tender elan edir.

Açıq tender 4 (dörd) Lotdan ibarətdir:

-     Lot 1 -  Dəftərxana mallarının satın alınması;

-     Lot 2 -  Azqiymətli və təsərrüfat mallarının satın alınması;

-     Lot 3 -  Çap qurğuları üçün katriclərin satın alınması;

-     Lot 4 -  Korporativ loqo ilə malların alınması.

Satınalma üzrə prosedurlar 12 aprel 2019-cu il tarixində saat 15.00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaq.


Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidir:

-     tenderdə iştirak etmək üçün ərizə (hər Lot üzrə ayrı ərizə yazılmalıdır);

-     iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-     hər lot üzrə ayrıca tender təklifi;

-     hər lot üzrə ayrıca təklifin qiymətinin 1 faizi həcmində təminat (bank zəmanəti)

-    iddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənəd və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;

-    tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);

-     iddiaçının iş təcrübəsini təsdiq edən sənədlərin surətləri;

-     iddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri;

-   Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması barədə müvafiq icra hakimiyyəti orqanından arayışlar (AR Vergilər Nazirliyindən və Dövlət Sosial Müdafiə Fondundan arayışlar);

 

 Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı tələblərə cavab verməlidir:

-      öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;

-      müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;

-      satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.

Açıq tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar üzrə təkliflərin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcək.

Satınalmanın icra müddəti: Dəftərxana malları satınalma müqaviləsi imzalandığı tarixdən başlayaraq 3 ay müddətində icra edilməli və mallar Fonda təhvil verilməlidir.

Açıq tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunub.

Tenderdə iştirak haqqı hər lot üzrə 100 manat məbləğində müəyyən edilib. İştirak haqqı Fondun aşağıdakı hesabına ödənildikdən sonra açıq tenderin əsas şərtlər toplusu malgöndərənlərə təqdim ediləcək:

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40

VÖEN: 1403502281

H/h: AZ57NABZ01360450000000005944

Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı

VÖEN: 9900071001

Kоd: 501004

M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bik: NABZAZ2C


İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender üzrə ilkin sənədlər 29 mart 2019-cu il tarixinədək, təklif zərfləri və təklifin təminatı isə 11 aprel 2019-cu il tarixinədək qəbul ediləcək.

Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 111), Faks: (+99412) 598-11-77. 

Satınalmalar komissiyası