İpoteka və Kredit Zəmanət Fondu bukletlərin çap
olunması üzrə xidmətlərin satın alınması ilə bağlı Açıq tender elan edir.
1.
İddiaçının tam
adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
2.
Tenderdə
iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3.
Tender təklifi
(zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4.
Tender təklifi
dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən
azı 60 bank günü qüvvədə olmalıdır);
5.
Azərbaycan
Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi
vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
6.
İddiaçının son
bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq
olunmuş maliyyə hesabatının surəti;
7.
İddiaçının son bir ildəki maliyyə vəziyyəti
haqqında bank arayışı;
8.
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi
qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
9.
İddiaçılar müvafiq mallar üzrə mənşə və
uyğunluq sertifikatları;
10. Tenderdə iştirak etmək üçün
ərizə;
11. İddiaçının hüquqi statusunu
əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya
reyestrdən çıxarış, VÖEN) notariat qaydasında təsdiq edilmiş surətləri, ƏDV
qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri;
12. İddiaçının iş təcrübəsini təsdiq edən
sənədlərin surətləri;
13. Tender təklifini və satınalma
müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq
edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr) iddiaçı tərəfindən möhürlə
təsdiq edilmiş surəti.
Sənədlər Azərbaycan dilində, tərtib
olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə
olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan
Təşkilata ünvanlaya bilərlər. Tender proseduru «Dövlət satınalmaları haqqında»
Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcək. İddiaçılar tenderdə
iştirak etmək üçün ilkin sənədlər 17.07.2019 18:00 tarixinə qədər və tender
təklifi ilə bank təminatı sənədlərini 30.07.2019 18:00 tarixinə qədər portal
vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 31.07.2019 15:00
tarixində açılacaq. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə
tanış ola bilərlər.
QEYD:
Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız
elektron qaydada PORTAL vasitəsilə aparılır.