İpoteka və Kredit Zəmanət Fondu arxiv
dolablarının satın alınmasına
dair təkliflər sorğusu elan edir.
Satınalma üzrə prosedurlar 05
aprel 2019-cu il tarixində saat 15.00-da Fondun inzibati binasında təklif
zərflərinin açılması ilə başlanılacaq.
Satınalmada iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər
aşağıdakı sənədləri təqdim etməlidir:
- satınalmada iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- təklif;
- təklifin qiymətinin 1 faizi həcmində təminat (bank qarantiyası);
- iddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət
qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) notariat
qaydasında təsdiq edilmiş surətləri, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən
etməyə imkan verən sənədlərin surətləri;
- iddiaçının iş təcrübəsini təsdiq edən sənədlərin surətləri;
- təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan
şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr)
iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;
- iddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında
bank arayışı və bank rekvizitləri;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair
yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi
orqanından arayış (Vergilər Nazirliyi və Dövlət
Sosial Müdafiə Fondu tərəfindən arayışlar);
Satınalmada iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər
aşağıdakı tələblərə cavab verməlidir:
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə
ödəmə qabiliyyəti olması;
- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş
girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs
olmaması;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,
habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud
satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri
ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri
ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
Satınalmanın icra müddəti: Satınalma müqaviləsi imzalandığı tarixdən başlayaraq 2 (iki) ay
müddətində icra edilməli və mallar Fonda təhvil verilməlidir.
Təkliflər sorğusunun əsas şərtlər toplusu Azərbaycan
dilində tərtib olunub.
Satınalmada iştirak haqqı 100
manat məbləğində müəyyən edilib. İştirak haqqı Fondun aşağıdakı hesabına ödənildikdən
sonra satınalmanın təkliflər sorğusunun əsas şərtlər toplusu malgöndərənlərə təqdim
ediləcək:
Ünvan:
AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40
VÖEN: 1403502281
H/h:
AZ57NABZ01360450000000005944
Bank: Azərbaycan
Respublikası Mərkəzi Bankı
VÖEN: 9900071001
Kоd: 501004
M/h:
AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik:
NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Satınalma üzrə ilkin sənədlər 15
mart 2019-cu il tarixinədək, təklif zərfləri və təklifin təminatı isə 04 aprel 2019-cu il tarixinədək qəbul
ediləcək.
Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks
nömrəsi: (+99412) 441-24-23 (daxili 111), Faks: (+99412) 598-11-77.
Satınalmalar komissiyası