“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının tibbi sığortalanması üzrə xidmət təkliflərinin cəlb edilməsi başa çatmış və satınalmanın qalibi olaraq “Paşa Sığorta” ASC seçilmişdir. “Azərbaycan İpoteka Fondu” ASC ilə “Paşa Sığorta” ASC arasında 28 dekabr 2016-cı il tarixli 0271/16 nömrəli satınalma müqaviləsi bağlanmışdır.
Satınalmalar Komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.