15 mart 2019-cu il
tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 20,000 000 manat
həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə
hərrac keçiriləcək. İstiqrazlar 1 008,8333 manat qiyməti ilə satışa
çıxarılacaq.
Maliyyə Bazarlarına
Nəzarət Palatası tərəfindən “Azərbaycan
Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun adlı, sənədsiz,
faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 26 oktyabr 2018-ci il tarixində qeydə alınıb Emissiyanın ümumi həcmi 65,000,000 AZN, bir istiqrazın nominal
dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.
Baza emissiya
prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası”
QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit
Mərkəzi tərəfindən göstəriləcək.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.