10.12.2015

Azərbaycan İpoteka Fondunun istiqrazlarının 50 mln. manatlıq emissiyasının son tranşı yerləşdirilib

10 dekabr 2015-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 50 mln. manat təşkil edən, AZ2009008684 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 4 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazlar cari qiymətlə satışa çıxarılıb.

Hərraca çıxarılmış həcm tam yerləşdirilib.