Azərbaycan İpoteka Fondu üçün dəftərxana, azqiymətli və təsərrüfat mallarının alınması ilə bağlı 31 yanvar 2014-cü il tarixdə elan edilmiş təkliflər sorğusunun müddəti uzadılmışdır.
Satınalma üzrə ilkin sənədlər 10 aprel 2014-cü il saat 18.00-dək, təklif zərflərinin isə 22 aprel 2014-cü il saat 18.00-dək Azərbaycan İpoteka Fondunun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında mühafizə polisi tərəfindən qəbul ediləcəkdir. Məsələ üzrə zərflər 23 aprel 2014-cü il saat 15.00–da Azərbaycan İpoteka Fondunun inzibati binasında açılacaqdır.
Məsələlərlə bağlı əlavə məlumat almaq üçün 441-24-23 nömrəli telefona zəng etməklə əlaqələndirici şəxs Nicat Rzayevə (daxili nömrə 151) müraciət etmək olar.
Satınalmalar Komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.