Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu elan edir ki, Fondun arxiv otağı üçün dəmir dolabların alınması ilə bağlı təkliflər sorğusu başa çatmış və satınalmanın qalibi olaraq “Seyf Ko” MMC seçilmişdir. Cəmiyyət ilə Fond arasında 03.10.2014-cü il tarixli 03/10/2014 saylı satınalma müqaviləsi bağlanmışdır.
Satınalmalar Komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.