AİF-in əsas vəsaitlərinin illik inventarizasiya prossesinin avtomatlaşdırılması məqsədilə xüsusi proqram təminatının alınması, quraşdırılması və ilkin inventarizasiya nəticələrinin AİF-in Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu Sisteminə miqrasiyası üzrə xidmətlərinin alınması ilə bağlı Təkliflər sorğusu.
Satınalma üzrə əlaqələndirici şəxs: Mahirə Əliyeva, telefon: 441-24-23 (dax. 134).
Satınalma üzrə ilkin sənədlər 03.11.2014-cü il tarixinədək, təklif zərfləri isə 14.11.2014-cü il tarixinədək qəbul ediləcəkdir. Məsələ üzrə zərflər 17.11.2014-cü il tarixində AİF-in Bakı şəh., Bül-bül pr. 40 ünvanında yerləşən inzibati binasında saat 15.00-da açılacaqdır.
Satınalmalar Komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.