04.10.2011

Azərbaycan İpoteka Fondunun yeni təmin edilmiş istiqrazlarının ilk yerləşdirilməsi baş tutmuşdur

04 oktyabr 2011-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 20 mln. manat təşkil edən, AZ200400868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsinə başlanılmışdır və ilkin olaraq 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar nominal dəyərlə satışa çıxarılmışdır.

Hərracda 2 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi üstələyərək 3 298 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir.