23.11.2010

AİF-in təmin edilmiş istiqrazlarının növbəti emissiyası dövlət qeydiyyatına alınmışdır

19 noyabr 2010-cu il tarixdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun Təmin edilmiş istiqrazlarının emissiya prospekti qeydiyyata alınmışdır.

Emissiyanın əsas parametrləri aşağıdakılardır:
-    Dövlət qeydiyyat nömrəsi - AZ200300868
-    Qiymətli kağızın növü - təmin edilmiş, faizli;
-    Qiymətli kağızın forması - sənədləşdirilməmiş, adlı;    
-    Buraxılışın həcmi - 60 000 000 (altmış milyon) manat;
-    İstiqrazların sayı - 60 000 (altmış min) ədəd;
-    Bir istiqrazın nominal dəyəri - 1 000 ( bir min) manat;
-    Tədavül müddəti - buraxılışda olan ilk istiqrazın yerləşdirilmə tarixindən etibarən 7 il;
-    İstiqrazlar üzrə illik faiz dərəcəsi - 3 (üç) %.