Azərbaycan İpoteka Fondunun ikinci emissiyası üzrə istiqrazlarının yerləşdirilməsi uğurla başa çatdırılmışdır
13 dekabr 2010-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 75 mln. manat təşkil edən, AZ200200868 dövlət qeydiyyat nömrəli istiqrazların 5 mln. manatlıq son hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar 103,1992 qiyməti ilə satışa çıxarılmışdır.
Hərracda 4 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (5 mln.manat) üstələyərək 8 072 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir. Ümumiyyətlə emissiya üzrə sifarişlərin məbləği hərraca təklif olunan həcmi (75 mln. manat) xeyli üstələyərək 120 mln. manat təşkil etmişdir ki, bu da potensial investorlar tərəfindən Azərbaycan İpoteka Fondunun istiqrazlarına böyük marağın olmasının açıq göstəricisidir.
Beləliklə, Azərbaycan İpoteka Fondunun istiqrazlarının ikinci emissiyası üzrə yerləşdirmə tam başa çatmışdır. Eyni zamanda bildirmək istərdik ki, 19 noyabr 2010-cu il tarixdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun 60 mln. manat məbləğində təmin edilmiş istiqrazlarının emissiya prospekti qeydiyyata alınmışdır və ipoteka bazarında mövcud tələbə uyğun olaraq bu istiqrazların da yerləşdirilməsinə davam etdiriləcəkdir .
Hörmətli borcalan!
Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.