MCGF

Sahibkarlıq kreditlərinə zəmanətin verilməsi mexanizmi

Zəmanətin verilməsi şərtləri

  • Kreditin məbləği 30 000 (otuz min) manatdan az olmamalı;

  • Bir borcalana bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərin məbləği 5 milyon, bir-biri ilə əlaqədar borcalanlar qrupuna 10 milyon manatdan çox olmamalı;

  • Kreditin müddəti 7 (yeddi) ildən çox olmamalı;

  • Kredit xəttinin müddəti 12 (on iki) aydan artıq olmamalı;

  • Faiz subsidiyası illik faiz dərəcəsi 20 faizdən çox olmayan kreditlər üçün verilir;

  • Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşayış sahələrinin tikintisi məqsədilə dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi üçün alınmış kreditlər istisna olmaqla, dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə alınmış kreditlərin müddəti 2 (iki) ildən artıq olmamalı;

  • Bir borcalan üzrə bir zəmanətin aşağı həddi 15 000 (on beş min) manat, bütün zəmanətlərin yuxarı həddi isə 3 000 000 (üç milyon) manat məbləğində olmalı; 

  • Bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə veriləcək zəmanətlərin məbləği 6 000 000 (altı milyon) manatdan çox olmamalı; 

  • Zəmanət kreditin yalnız əsas borcu üzrə verilməli;

  • Bir kredit üzrə zəmanətin kreditə nisbəti 15%-dən az, 90%-dən çox olmamalı.

Zəmanətin verilməsi halları

  • Zəmanət qeyri-neft sektorunda fəaliyyət göstərən və Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə müvəkkil banka kredit sifarişi ilə müraciət edən sahibkarın öhdəlikləri üzrə verilir.

Zəmanət verilməyən hallar

  • borcalan zəmanət üçün müraciət edən müvəkkil banka aidiyyəti şəxs olduqda;

  • kredit hesabatına əsasən, borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 30 (otuz) gündən artıq (borcalanın zamin durduğu öhdəliklər istisna olmaqla) gecikməsi olduqda və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcu olduqda;

  • kredit hesabatına əsasən, borcalan hüquqi şəxsin nizamnamə kapitalında 25 faiz və daha artıq payı olan fiziki və (və ya) hüquqi şəxslərin borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 30 (otuz) gündən artıq (onların zamin durduqları öhdəliklər istisna olmaqla) gecikməsi olduqda və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcları olduqda;

  • kredit hesabatına əsasən, borcalanın kredit öhdəliyi üzrə zamin qismində çıxış edən fiziki və (və ya) hüquqi şəxslərin borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 30 (otuz) gündən artıq (onların zamin durduqları öhdəliklər istisna olmaqla) gecikməsi olduqda və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcları olduqda;

  • borcalanın bank hesabları üzərində məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla borcalan arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda;

  • zəmanət verilməsi üçün müraciət olunan kredit borcalanın digər kredit öhdəliklərinin yenidən maliyyələşdirilməsi (mövcud borc öhdəliyinin yeni borc öhdəliyi ilə əvəzləşdirilərək rəsmiləşdirilməsi) üçün alındıqda;

  • borcalanın nizamnamə kapitalında dövlətin iştirak payı 50 faizdən çox olduqda;

  • borcalan mərc oyunları fəaliyyəti ilə məşğul olan sahibkar olduqda.

Sığorta şirkətlərinin, kredit təşkilatlarının, investisiya şirkətlərinin, investisiya fondlarının, investisiya fondları idarəçilərinin, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin, lombardların, lizinq şirkətlərinin, poçt rabitəsinin milli operatorunun, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin, habelə digər maliyyə institutlarının kredit sifarişləri üzrə zəmanət verilmir

Portfel zəmanətinin verilməsi mexanizmi

Zəmanətin verilməsi şərtləri

  • Portfel zəmanəti üzrə kredit portfelinə daxil olan kreditin məbləği 5 000 (beş min) manatdan az və 50 000 (əlli min) manatdan çox olmamalı;

  • Kreditin illik faiz dərəcəsi 25 faizdən yüksək olmamalı;

  • Kreditin müddəti 3 (üç) aydan az və 3 (üç) ildən çox olmamalı;

  • Bir borcalanın bütün müvəkkil banklar üzrə portfel zəmanəti verilən cəmi kreditlərinin məbləği 250 000 (iki yüz əlli min) manatdan çox olmamalı;

  • Hər bir kredit portfelinə daxil olan kredit üzrə zəmanət məbləğinin həmin kredit üzrə əsas borc qalığına nisbəti 75 faiz təşkil etməlidir;

  • Kredit üzrə güzəşt müddəti 12 (on iki) aydan artıq olmamalıdır.

Zəmanətin verilməsi halları

  • Portfel zəmanəti Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə müvəkkil banka kredit sifarişi ilə müraciət edən mikro və ya kiçik sahibkarların öhdəlikləri üzrə verilir.

Müraciət edən tarixə sahibkar aşağıdakı tələblərə cavab verməlidir

  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin mövcud olmamasına dair müvafiq sənəd;

  • Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı (qanunvericiliklə tələb olunduqda);

  • Özü, habelə hüquqi şəxs olduqda, nizamnamə kapitalında 25 faiz və daha artıq payı olan fiziki və (və ya) hüquqi şəxslər, fiziki şəxs olduqda isə, yaxın qohumları və ya birgə təsərrüfat aparan ailə üzvləri müvəkkil banka aidiyyəti şəxs olmamalı;

  • Kredit hesabatına əsasən, kredit öhdəlikləri üzrə 60 (altmış) gündən artıq gecikməsi olmamalı və ya son 1 (bir) il ərzində qeyri-işlək kredit statusu almış kredit borcu olmamalı;

  • Kredit hesabatına əsasən, sahibkar hüquqi şəxsin nizamnamə kapitalında 25 faiz və daha artıq payı olan fiziki və (və ya) hüquqi şəxslərin kredit öhdəlikləri üzrə 60 (altmış) gündən artıq gecikməsi olmamalı və ya son 1 (bir) il ərzində qeyri-işlək kredit statusu almış kredit borcları olmamalı.

Sığorta şirkətlərinin, kredit təşkilatlarının, investisiya şirkətlərinin, investisiya fondlarının, investisiya fondları idarəçilərinin, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin, lombardların, lizinq şirkətlərinin, poçt rabitəsinin milli operatorunun, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin, habelə digər maliyyə institutlarının kredit sifarişləri üzrə zəmanət verilmir.

İstiqrazlara zəmanətin verilməsi mexanizmi

Zəmanətin verilməsi şərtləri

  • Zəmanət istiqrazların məcmu nominalının qalıq dəyəri üzrə verilir. İstiqrazlar nominaldan aşağı qiymətlə yerləşdirildiyi (diskontla) halda, zəmanət istiqrazların ilkin yerləşdirmə qiymətinə (diskontlu qiymətinə) uyğun hesablanır;

  • Zəmanət verilən bir emissiya prospekti üzrə istiqrazların məcmu nominal dəyəri 300 000 (üç yüz min) manatdan az olmamalı;

  • Bir emitentin bütün emissiya prospektləri üzrə zəmanət verilən istiqrazlarının məcmu nominal dəyəri ilə həmin emitentin daxil olduğu bir-biri ilə əlaqədar borcalanlar qrupunun Fondun zəmanət mexanizmləri üzrə zəmanət verilən kreditlərinin məbləğinin cəmi 10 000 000 (on milyon) manatdan çox olmamalı;

  • İstiqrazlar üzrə tədavül müddəti isə 7 (yeddi) ildən çox olmamalı;

  • Fond tərəfindən verilən zəmanətin şərtləri, habelə istiqraz mülkiyyətçilərinə dair qiymətli kağızlar üzrə depozitar sistemindəki məlumatların Fonda ötürülməsi barədə xəbərdarlıq emissiya prospektində əks olunmalıdır;

  • Bir emissiya prospekti üzrə zəmanətin yerləşdirilmiş istiqrazların məcmu nominalının və ya nominaldan aşağı qiymətlə yerləşdirildiyi (diskontla) halda onların ilkin yerləşdirmə qiymətinin (diskontlu qiymətinin) qalıq dəyərinə nisbəti 15%-dən az və 60%-dən çox olmamalıdır.

Zəmanət verilməsi üçün Fonda müraciət edilən tarixə emitent bu tələblərə cavab verməlidir

  • Qeyri-neft sektorunda fəaliyyət göstərməli;

  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərinin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi halları mövcud olmamalı;

  • Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı (qanunvericiliklə tələb olunduqda);

  • Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Fonda və müvəkkil investisiya şirkətinə aidiyyəti şəxs olmamalı;

  • Kredit hesabatına əsasən, kredit öhdəlikləri üzrə 60 (altmış) gündən artıq gecikməsi və ya son 1 (bir) il ərzində qeyri-işlək kredit statusu almış kredit borcu olmamalı;

  • Kredit hesabatına əsasən, nizamnamə kapitalında 25% və daha artıq payı olan fiziki və (və ya) hüquqi şəxslərin kredit öhdəlikləri üzrə 60 (altmış) gündən artıq gecikməsi və ya son 1 (bir) il ərzində qeyri-işlək kredit statusu almış kredit borcları olmamalı;

  • Kredit hesabatına əsasən, emitentin kredit öhdəliyi üzrə zamin qismində çıxış edən fiziki və (və ya) hüquqi şəxslərin kredit öhdəlikləri üzrə 60 (altmış) gündən artıq gecikməsi və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcları olmamalı;

  • Özünün, habelə nizamnamə kapitalında 25% və daha artıq payı olan hüquqi şəxslərin emissiya etdiyi istiqrazlar üzrə 60 (altmış) gündən artıq gecikməsi olmamalı;

  • Emitentin bank hesabları üzərində pul vəsaitinin silinməsinə dair hazırda müvafiq sərəncam olmamalıdır;

  • İstiqrazlar vasitəsilə cəlb olunacaq vəsait emitentin digər öhdəliklərinin yenidən maliyyələşdirilməsi (mövcud borc öhdəliyinin yeni borc öhdəliyi ilə əvəzləşdirilərək rəsmiləşdirilməsi) üçün alınmamalı;

  • Nizamnamə kapitalında dövlətin iştirak payı 50%-dən çox olmamalı;

  • Mərc oyunları fəaliyyəti ilə məşğul olan sahibkar olmamalı.

Sığorta şirkətlərinin, kredit təşkilatlarının, investisiya şirkətlərinin, investisiya fondlarının, investisiya fondları idarəçilərinin, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan digər şəxslərin, lombardların, lizinq şirkətlərinin, poçt rabitəsinin milli operatorunun, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin, habelə digər maliyyə institutlarının sifarişləri üzrə zəmanət verilmir.

Tələb olunan sənədlər

  • Kreditin və zəmanətin verilməsinə dair qeydlər, habelə bankın daxili kredit reytinqi modelinin nəticəsi göstərilməklə müvəkkil bankın səlahiyyətli orqanının qərarı;
  • Borcalanın maliyyə vəziyyətini əks etdirən sənədlər və məlumatlar;
  • Borcalanın müvəkkil banka təqdim etdiyi kredit sifarişi ərizəsi və kredit hesabatı;
  • Borcalanın təsis sənədləri (fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənəd) və VÖEN-i;
  • Borcalan və zamin hüquqi şəxs olduqda, onların nizamnamə kapitalında 25%-dən çox iştirak payı olan fiziki və (və ya) hüquqi şəxslər barədə kredit hesabatları;
  • Borcalanın nizamnamə kapitalında 25%-dən çox iştirak payı olan fiziki şəxslərin, habelə kredit üzrə təminat vermiş fiziki şəxslərin (zaminlərin, girov (ipoteka) qoyan və s.) şəxsiyyətini təsdiq edən sənədlər;
  • Borcalanın hüquqi şəxs olan qanuni təmsilçisi, nizamnamə kapitalında 25%-dən çox iştirak payı olan hüquqi şəxslər, həmçinin kredit üzrə təminat vermiş hüquqi şəxslər barədə (zaminlərin, girov (ipoteka) qoyan və s.) dövlət reyestrindən çıxarış;
  • Təminat qismində çıxış edən girov (ipoteka) predmeti olan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd;
  • Girov (ipoteka) predmetini qiymətləndirmə aktı;
  • Borcalanın müvəkkil banka aidiyyəti olan şəxs olmadığını təsdiqləyən və müvəkkil bankın səlahiyyətli nümayəndəsinin imzaladığı sənəd;
  • Borcalanın ona dair məlumatların Fonda ötürülməsinə dair razılığını təsdiq edən sənəd.

Tələb olunan sənədlər

  • Kreditin verilməsinə dair qeydlər göstərilməklə müvəkkil bankın səlahiyyətli orqanının qərarı;
  • Sahibkarın kredit sifarişi ərizəsi və kredit hesabatı;
  • Sahibkar hüquqi şəxs olduqda, onun təsis sənədləri – nizamnaməsi, dövlət reyestrindən çıxarış və VÖEN, fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənəd və VÖEN;
  • Sahibkar hüquqi şəxs olduqda, onun nizamnamə kapitalında 25% və daha çox iştirak payı olan fiziki və (və ya) hüquqi şəxslər barədə kredit hesabatları;
  • Sahibkarın (hüquqi şəxs olduqda, nizamnamə kapitalında 25% və daha artıq payı olan fiziki və (və ya) hüquqi şəxslərin, fiziki şəxs olduqda isə yaxın qohumlarının və ya birgə təsərrüfat aparan ailə üzvlərinin) müvəkkil banka aidiyyəti şəxs olmadığını təsdiqləyən və müvəkkil bankın səlahiyyətli nümayəndəsinin imzaladığı sənəd;
  • Sahibkarın ona dair məlumatların Fonda ötürülməsinə dair razılığını təsdiq edən sənəd;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərinin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmamasına dair müvafiq sənəd;
  • Kredit üzrə təminat təqdim edildikdə, təminat qismində çıxış edən girov (ipoteka) predmeti olan əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd və girov (ipoteka) predmetinin qiymətləndirmə aktı;
  • Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziya və ya icazə (qanunvericiliklə tələb olunduqda).

Tələb olunan sənədlər

  • Emitentin sifariş ərizəsi (anket);
  • Emitentin təsis sənədlərinin, o cümlədən dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışının) və VÖEN-in surətləri;
  • Emitentin müstəqil auditor tərəfindən yoxlanılmış son 2 (iki) ilin maliyyə hesabatları;
  • Emitentin son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
  • Emitentə qarşı tələblərə dair aidiyyəti qurumlardan müvafiq təsdiqedici sənədlər.

Zəmanətin alınması mərhələləri

1

Kredit üçün müraciət

Borcalan zəmanət tələb olunan kredit sifarişi ilə müvəkkil banka “Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş “Elektron İpoteka və Kredit Zəmanət” sistemi (elektron sistem) vasitəsilə müraciət edir

2

Kreditin anderraytinqi

Müvəkkil bank kredit sifarişini Qaydalara uyğunluq baxımından yoxlayır, maliyyə təhlili aparır və qərarını elektron sistemdə yerləşdirir

3

Zəmanət üçün müraciət

Müvəkkil bankın səlahiyyətli orqanının qərarı müsbət olduqda, müvəkkil bank zəmanət üçün Fonda elektron sistem vasitəsilə müraciət edir

4

Zəmanətin verilməsi

Fond zəmanətin verilməsi üzrə müvəkkil bankın müraciəti ilə bağlı qərar qəbul edir və bu qərar elektron sistemdə yerləşdirilir

Portfel zəmanətinin alınma mərhələləri

1

Kredit üçün müraciət

Borcalan zəmanət tələb olunan kredit sifarişi ilə müvəkkil banka müraciət edir.

2

Kreditin anderraytinqi

Müvəkkil bank borcalanın kredit sifarişinin Qaydaların tələblərinə uyğunluğunu yoxlayır, sifariş üzrə maliyyə kredit təhlili aparır və bunların əsasında müvəkkil bankın səlahiyyətli orqanı müvafiq qərar qəbul edir.

3

Kreditin verilməsi

Müvəkkil bankın səlahiyyətli orqanının qərarı müsbət olduqda, müvəkkil bank Fondun zəmanəti əsasında kreditin verilməsini həyata keçirir.

4

Kreditin zəmanət portfelinə daxil edilməsi

Müvəkkil bank kreditin zəmanət portfelinə daxil edilməsi üçün kredit barəsində məlumat formasını kredit müqaviləsi imzalandıqdan sonra 3 (üç) iş günü müddətində Fonda təqdim edir.

Zəmanətin alınması mərhələləri

1

Müraciətin qiymətləndirilməsi və zəmanətin verilməsi

Fondun səlahiyyətli orqanı müraciətə 10 (on) iş günü ərzində baxır və zəmanətin verilib-verilməməsi barədə qərar qəbul edir və 3 (üç) iş günü müddətində müvəkkil investisiya şirkətinə bu barədə yazılı bildiriş göndərir.

2

İstiqrazların buraxılışı

Zəmanətin verilməsi barədə qərar qəbul edildikdən sonra emitent tərəfindən qanunvericiliyə müvafiq qaydada istiqrazların emissiyası həyata keçirilir.

3

Zəmanət üçün müraciət

Fond tərəfindən zəmanətin verilməsi üçün emitent müvəkkil investisiya şirkəti vasitəsi ilə emissiya prospektinin layihəsini müvafiq sənədlərlə birlikdə Fonda təqdim edir.

Zəmanət üzrə komissiyalar

Sahibkarlar tərəfindən manatla alınan kreditlərə görə zəmanət verildikdə, müvəkkil bank tərəfindən birdəfəlik 0,4 faiz komissiya tutulur. Bu məbləğ, qanunvericiliklə müəyyən olunmuş maksimum 0,5 faiz həddindən aşağı olaraq təsdiq edilmişdir

ZƏMANƏT KOMİSSİYALARI

Portfel zəmanəti üzrə komissiyalar

Portfel zəmanəti qüvvədə olduğu dövrdə müvəkkil bank hesabat ayından sonrakı ayın ilk 5 (beş) iş günü müddətində illik komissiya barədə hesabatını Fonda təqdim edir və illik komissiyanı Fonda ödəyir.

Portfel zəmanət komissiyaları üzrə bütün qiymətlər

İstiqrazlar üzrə zəmanət komissiyaları

Zəmanət üzrə komissiya istiqrazların dövriyyə müddətindən asılı olaraq aşağıdakı qaydada təyin olunur

İstiqrazlar üzrə zəmanət komissiyaları üzrə bütün qiymətlər

Kredit Zəmanət Mexanizmi dedikdə nə başa düşülür və bu mexanizmin əsas məqsədi nədir?

Zəmanət – borcalan kredit üzrə əsas borc öhdəliyini yerinə yetirmədikdə, onun borcunun ödənilməsinə dair Fondun müvəkkil bank qarşısında öhdəliyidir.

Zəmanət qeyri-neft sektorunda fəaliyyət göstərən və Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə müvəkkil banka kredit sifarişi ilə müraciət edən sahibkarın öhdəlikləri üzrə verilir.

Məqsəd sahibkarların maliyyə resurslarına çıxış imkanlarını artırmaq və bununla sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, həmçinin maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşmə sistemini formalaşdırmaqdır.

Portfel zəmanəti mexanizmi dedikdə nə başa düşülür?

Portfel zəmanəti mexanizmi üzrə Fond tərəfindən təminat verilməsi mikro və kiçik sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədini daşıyır və müvəkkil banklarla risklərin bölüşdürülməsi aləti kimi çıxış edir. Portfel zəmanəti müvəkkil bankın kredit portfelinə Fondun verdiyi təminatdır.

İstiqrazlar üzrə zəmanət mexanizminin mahiyyəti və əsas məqsədi nədir?

Emitentlər tərəfindən buraxılan korporativ istiqrazlar üzrə onların öhdəliklərinin icrasına Fondun zəmanət verməsi istiqrazların emissiyası yolu ilə maliyyə resurslarına alternativ çıxış imkanlarının genişləndirilməsi məqsədini daşıyır.

Mexanizmin işləmə prinsipi necədir?

Borcalan zəmanət təminatı nəzərdə tutulan kredit sifarişi ilə müvafiq müvəkkil banka müraciət edir. Müvəkkil bank daxil olmuş müraciətin Fondun mövcud qaydaların tələblərinə uyğunluğunu yoxlayır və təhlili aparır.  Qərar müsbət olduğu təqdirdə, bank Fondun zəmanəti çərçivəsində kreditin ayrılmasını həyata keçirir.

 

Zəmanət verilən kreditlərin təyinatı üzrə istifadəsinə qoyulan tələblər hansılardır?

Zəmanət verilmiş kredit vəsaitlərindən borcalan yalnız təyinatına uyğun və nağdsız qaydada istifadə etməlidir.

Portfel zəmanəti mexanizmindən faydalanmaq üçün subyektlərə hansı tələblər qoyulur?

Portfel zəmanəti Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə müvəkkil banka kredit sifarişi ilə müraciət edən mikro və ya kiçik sahibkarların öhdəlikləri üzrə verilir.

 

Kimlər bu mexanizmdən istifadə edə bilər?

Qeyri-neft sektorunda fəaliyyət göstərən və Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyəti həyata keçirən korporativ istiqrazlar buraxmaq istəyən və Fondun tələblərinə cavab verən rezident kommersiya hüquqi şəxsləri bu mexanizmdən istifadə edə bilərlər.

 

Zəmanət mexanizminin işləmə prinsipi və icra mərhələləri hansılardır?

Fond tərəfindən zəmanətin verilməsi üçün emitent müvəkkil investisiya şirkəti vasitəsi ilə emissiya prospektinin layihəsini müvafiq sənədlərlə birlikdə Fonda təqdim edir.  Sənədlər qadyasında olduqda Fond müraciətə 10 (on) iş günü ərzində baxır və zəmanətin verilib-verilməməsi barədə qərar qəbul edir və 3 (üç) iş günü müddətində müvəkkil investisiya şirkətinə bu barədə yazılı bildiriş göndərir. Zəmanətin verilməsi barədə qərar qəbul edildikdən sonra emitent tərəfindən qanunvericiliyə müvafiq qaydada istiqrazların emissiyası (yerləşdirilməsi) üçün müvafiq addımlar atılır.

Zəmanətin verilməsi üçün kredit məbləğinə qoyulan tələblər, habelə zəmanət məbləğinin yuxarı və aşağı hədləri necə müəyyən edilir?

Zəmanət veriləcək kreditlər aşağıdakı tələblərə cavab verməlidir:

- Kreditin məbləği 30 000 (otuz min) manatdan az olmamalı;
- Bir borcalanın bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği 5 000 000 (beş milyon) manatdan, bir-biri ilə əlaqədar borcalanlar qrupunun bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği isə 10 000 000 (on milyon) manatdan çox olmamalı;

Zəmanət aşağıdakı tələblərə cavab verməlidir:

- Bir borcalan üzrə bir zəmanətin aşağı həddi 15 000 (on beş min) manat, bütün zəmanətlərin yuxarı həddi isə 3 000 000 (üç milyon) manat məbləğində olmalı; 
- Bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə veriləcək zəmanətlərin məbləği 6 000 000 (altı milyon) manatdan çox olmamalı;
- Bir kredit üzrə zəmanətin kreditə nisbəti 15%-dən az, 90%-dən çox olmamalı.

Kredit zəmanətinin alınması üçün girov təminatı (predmeti) tələb olunur?

Kredit zəmanətinin alınması üçün girov predmeti mütləq şərt deyil.

Kredit portfelinin zəmanəti mexanizmi üzrə kreditləşmə şərtləri hansılardır?

Portfel zəmanəti kredit portfelinə daxil olan kreditin yalnız əsas borcu üzrə verilir.

Portfel zəmanəti üzrə kredit portfelinə daxil olan kreditin məbləği 5 000 (beş min) manatdan az və 50 000 (əlli min) manatdan çox, kreditin illik faiz dərəcəsi 25%-dən yüksək, kreditin müddəti 3 (üç) aydan az və 3 (üç) ildən çox, kredit üzrə güzəşt müddəti 12 (on iki) aydan artıq olmamalıdır. Hər bir kredit portfelinə daxil olan kredit üzrə zəmanət məbləğinin həmin kredit üzrə əsas borc qalığına nisbəti 75% təşkil etməlidir.

İstiqrazların emissiyası zamanı zəmanətin alınması üçün girov təminatı tələb olunur?

Zəmanətinin alınması üçün girov predmeti mütləq şərt deyil.


Kredit zəmanət mexanizmi çərçivəsində sahibkarlar tərəfindən Fonda hər hansı xidmət haqqı və ya komissiya ödənişi nəzərdə tutulub?

Mövcud qaydalarda Kredit zəmanət mexanizmi çərçivəsində sahibkarlar tərəfindən Fonda hər hansı komissiya ödənilməsi nəzərdə tutulmamışdır. Komissiyalar müvəkkil banklar tərəfindən ödənilir.

İstiqrazlar üzrə zəmanət almaq üçün hansı qaydada və hara müraciət edilməlidir?

İstiqrazlar üzrə zəmanət almaq üçün emitent müvəkkil investisiya şirkəti vasitəsilə Fonda müraciət edilməlidir.

 

Müvəkkil banka zəmanət üçün müraciət edən sahibkar hansı tələblərə cavab verməlidir?

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəlikləri mövcud olmamalı;
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı (qanunvericiliklə tələb olunduqda);
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı (qanunvericiliklə tələb olunduqda);
Kredit öhdəlikləri üzrə 60 (altmış) gündən artıq gecikməsi olmamalı və ya son 1 (bir) il ərzində qeyri-işlək kredit statusu almış kredit borcları olmamalı; 

Hansı subyektlər və ya fəaliyyət sahələri Portfel zəmanəti mexanizmindən faydalana bilməz?

Sığorta şirkəti, kredit təşkilatı, investisiya şirkəti, investisiya fondu, investisiya fondunun idarəçisi, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxs, lombard, lizinq şirkəti, poçt rabitəsinin milli operatoru, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs, habelə digər maliyyə institutu olmamalıdır.

 

İstiqrazlar üzrə zəmanət mexanizminin tətbiq şərtləri və limitləri hansılardır?

Zəmanət verilən bir emissiya prospekti üzrə istiqrazların məcmu nominal dəyəri 1 000 000 (bir milyon) manatdan az, emitentin daxil olduğu bir-biri ilə əlaqədar borcalanlar qrupunun bütün müvəkkil banklar üzrə zəmanət verilən kreditlərinin məbləğinin cəmi 10 000 000 (on milyon) manatdan çox və istiqrazlar üzrə tədavül müddəti isə 7 (yeddi) ildən çox olmamalıdır. Bir emissiya prospekti üzrə zəmanətin yerləşdirilmiş istiqrazların məcmu nominalının və ya nominaldan aşağı qiymətlə yerləşdirildiyi (diskontla) halda onların ilkin yerləşdirmə qiymətinin (diskontlu qiymətinin) qalıq dəyərinə nisbəti 15%-dən az və 60%-dən çox olmamalıdır.

 

Kredit zəmanətinin alınması üçün müraciət proseduru necədir və təqdim olunmuş layihələrə baxılma müddəti nə qədərdir?

Borcalan zəmanət tələb olunan kredit sifarişi ilə müvəkkil banka Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş “Elektron İpoteka və Kredit Zəmanət” sistemi vasitəsilə müraciət edir.

Fond zəmanətin verilməsi üzrə müvəkkil bank tərəfindən elektron qaydada edilmiş müraciət ilə bağlı 10 iş günü müddətində qərar qəbul edir və bu qərar elektron sistemdə yerləşdirilir.

Portfel zəmanəti mexanizmindən yararlanmaq üçün hara müraciət etmək lazımdır?

Sahibkar portfel zəmanəti üzrə kreditlərin alınması üçün Fondla portfel zəmanət müqaviləsi imzalamış müvəkkil banklardan birinə (və ya bir neçəsinə) müraciət edə bilər.

 

Hansı fəaliyyət sahələri və ya emitentlər istiqrazlar üzrə zəmanət mexanizmindən yararlana bilməz?

Sığorta şirkətlərinin, kredit təşkilatlarının, investisiya şirkətlərinin, investisiya fondlarının, investisiya fondları idarəçilərinin, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan digər şəxslərin, lombardların, lizinq şirkətlərinin, poçt rabitəsinin milli operatorunun, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin, habelə digər maliyyə institutlarının sifarişləri üzrə zəmanət verilmir.

 

Portfel zəmanətinə daxil edilən kreditlər üzrə girov təminatı tələb olunur?

Portfel zəmanəti alınan kreditlər üçün girov predmeti mütləq şərt deyildir.


Daha çox

İpoteka kreditləşməsi üzrə
müvəkkil təşkilatlar

"Access Bank" QSC

Veb sayt: www.accessbank.az

Elektron poçt ünvanı: customer.care@accessbank.az

Tel: (+994 12) 377 00 19; 151

“AFB Bank” ASC

Veb sayt: www.afb.az

Elektron poçt ünvanı: info@afb.az

Tel: (+99412) 565 65 65;