MCGF
İpoteka və Kredit Zəmanət Fondunun kollektivi Anım Günü ilə əlaqədar Zəfər abidəsini ziyarət edib İpoteka və Kredit Zəmanət Fondunun kollektivi Anım Günü ilə əlaqədar Zəfər abidəsini ziyarət edib

27 sentyabr 2026

İpoteka və Kredit Zəmanət Fondunun kollektivi Anım Günü ilə əlaqədar Zəfər abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun tarixi qələbə qazandığı Vətən müharibəsinin başlanmasından 6 il ötür.

27 Sentyabr - Anım Günü ilə əlaqədar İpoteka və Kredit Zəmanət Fondunun kollektivi Zəfər parkında ucaldılmış Zəfər abidəsini ziyarət ediblər. Fondun əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək, abidənin önünə gül dəstələri düzüblər.