MCGF
İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarinin 100 mln. manatliq emissiyasinin növbəti tranşi yerləşdirilmişdir İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarinin 100 mln. manatliq emissiyasinin növbəti tranşi yerləşdirilmişdir

01 iyul 2025

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarinin 100 mln. manatliq emissiyasinin növbəti tranşi yerləşdirilmişdir

01 iyul 2025-ci il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 40 000 000 manat həcmində sənədsiz adlı, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar satışa çıxarılmış və tam şəkildə yerləşdirilmişdir.

Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz adlı, faizli ipoteka istiqrazlarının Baza emissiya prospekti 28 aprel 2025-ci il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 100 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə illik faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçirilmişdir.