MCGF
İKZF-nin 50 milyon manat məbləğində ipoteka istiqrazları yerləşdirilib İKZF-nin 50 milyon manat məbləğində ipoteka istiqrazları yerləşdirilib

İKZF-nin 50 milyon manat məbləğində ipoteka istiqrazları yerləşdirilib

06 fevral 2026-cı il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 50,000,000 manat həcmində sənədsiz adlı, faizli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılmış və tam şəkildə yerləşdirilmişdir.

Mərkəzi Bank tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz adlı, faizli istiqrazlarının Emissiya prospekti 15 yanvar 2026-cı il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 50,000,000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3.25% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçirilmişdir