MCGF
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının 50 mln. manatlıq emissiyası yerləşdirilmişdir Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının 50 mln. manatlıq emissiyası yerləşdirilmişdir

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının 50 mln. manatlıq emissiyası yerləşdirilmişdir

01 aprel 2026-cı il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun                  50,000,000 manat həcmində sənədsiz adlı, faizli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılmış və tam şəkildə yerləşdirilmişdir.

Mərkəzi Bank tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz adlı, faizli istiqrazlarının Emissiya prospekti 26 fevral 2026-cı il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 50,000,000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3.25% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçirilmişdir.

                                                                                                                                    01.04.2026