MCGF
İKZF-nin  50 milyon manat məbləğində ipoteka istiqrazları yerləşdirilib İKZF-nin  50 milyon manat məbləğində ipoteka istiqrazları yerləşdirilib

İKZF-nin 50 milyon manat məbləğində ipoteka istiqrazları yerləşdirilib

18 dekabr 2025-ci il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 50,000,000 manat həcmində sənədsiz adlı, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılmış və tam şəkildə yerləşdirilmişdir.

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz adlı, faizli ipoteka istiqrazlarının Emissiya prospekti 14 iyul 2025-ci il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 50,000,000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçirilmişdir.