MCGF
Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti yerləşdirilməsi baş tutmuşdur Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti yerləşdirilməsi baş tutmuşdur

29 noyabr 2010

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti yerləşdirilməsi baş tutmuşdur



29 noyabr 2010-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 75 mln. manat təşkil edən, AZ200200868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz istiqrazlarının növbəti 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar 103,0798 qiyməti ilə satışa çıxarılmışdır.


Hərracda 3 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (5 mln. manat) üstələyərək 5 089 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir.
 Beləliklə, bu istiqrazların dövriyyədəki həcmi 70 mln. manata çatmışdır.