MCGF
"Azərbaycan İpoteka Fondu"nun ipoteka istiqrazlarının emissiyası dövlət qeydiyyatına alınıb "Azərbaycan İpoteka Fondu"nun ipoteka istiqrazlarının emissiyası dövlət qeydiyyatına alınıb

"Azərbaycan İpoteka Fondu"nun ipoteka istiqrazlarının emissiyası dövlət qeydiyyatına alınıb

21 noyabr 2016-cı il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan İpoteka Fondu" ASC-nin ipoteka istiqrazlarının baza emissiya prospekti qeydiyyata alınıb.


Emissiyanın əsas parametrləri aşağıdakılardır:

  1. Qiymətli kağızın növü - ipoteka istiqrazı, faizli;
  2. Qiymətli kağızın forması - sənədsiz, adlı;   
  3. Buraxılışın həcmi - 50 000 000 (əlli milyon) manat;
  4. İstiqrazların sayı - 50 000 (əlli min) ədəd;
  5. Bir istiqrazın nominal dəyəri - 1 000 (bir min) manat;
  6. Tədavül müddəti - Buraxılışda olan ilk istiqrazın yerləşdirilmə tarixindən etibarən 3 600 (üç min altı yüz) təqvim günü;
  7. İstiqrazlar üzrə illik faiz dərəcəsi – 3 (üç) %.

Qeyd edək ki, bununla "Azərbaycan İpoteka Fondu" ASC tərəfindən ölkədə ilk dəfə olaraq ipoteka istiqrazlarının emissiyasına başlanılacaq.