08.07.2010

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu aşağıdakı SATINALMANI elan edir:

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində

Azərbaycan İpoteka Fondu aşağıdakı

SATINALMANI elan edir:

 

   1. Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka  Fondunun 2010-cu il üçün maliyyə hesabatlarının auditinin keçirilməsi üzrə kənar auditorun seçilməsi ilə bağlı təkliflər sorğusu.

 Qeyd olunan satınalmada iştirak haqqı 100 AZN-dir. İştirak haqqı Azərbaycan İpoteka Fondunun aşağıdakı hesabına köçürülməlidir.

m/h  0132090005944, коd 210016, VÖEN – 1400729041, S.W.I.F.T BİK AZMFAZ22XXX

İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

   1. Satınalmada iştirak etmək üçün ərizə;
   2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
   3. Satınalma üzrə təklif;
   4. İddiaçının hüquqi statusunu və iş təcrübəsini əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, lisenziya, reytinq, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri, VÖEN, bank rekvizitləri və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;
   5. İddiaçının son maliyyə ili üzrə fəaliyyətinin auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatı;
   6. Təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
   7. Təklifin qiymətinin 2%-i məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada);
   8. İddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı;

9.      Təkliflər sorğusunun Əsas şərtlər toplusunda tələb olunan digər sənədlər və məlumatlar.

İddiaçı təqdim edəcəyi xidmətlərin keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da əlavə edə bilər. Satınalmada iştirak edən iddiaçılar arasından qalib seçilərkən mərkəzi banklarda və ipoteka kreditlərinin verilməsi ilə məşğul olan kredit təşkilatlarında auditin aparılması üzrə iş təcrübəsi, beynəlxalq təcrübəyə malik xarici ekspertlərin cəlbi və beynəlxalq səviyyədə tanınma və reytinqə malik olma kimi amillərə üstünlük veriləcəkdir.

     Satınalma üzrə əsas şərtlər toplusunu, iştirak haqqının ödənilməsi təsdiq edən sənədi (qəbz) təqdim etməklə əlaqələndirici şəxsdən almaq mümkündür.

Satınalma üzrə möhürlənmiş və imzalanmış təkliflər zərfləri və təkliflərin təminatı 19 avqust 2010-cu il saat 18.00-dək, bütün digər tələb olunan sənədlər isə 30 iyul 2010-cu il saat 18.00-dək Azərbaycan İpoteka Fondunun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında mühafizə polisi tərəfindən qəbul ediləcəkdir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Məsələ üzrə zərflər 20 avqust 2010-cu il saat 15.00–da Azərbaycan İpoteka Fondunun inzibati binasında açılacaqdır. İddiaçılar ən azı bir gün əvvəl səlahiyyətli nümayəndəsinin adını yazılı surətdə Satınalmalar komissiyasına bildirməklə zərflərin açılmasında iştirak etməyə dəvət olunurlar. Bu zaman həmin şəxs  səlahiyyətlərini təsdiq edən müvafiq sənəd və ya vəkalətnamə təqdim etməlidir.

Satınalmanın nəticəsi Azərbaycan İpoteka Fondunun Əsasnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyəti tərəfindən təsdiq edildikdən sonra satınalmanın qalibi elan ediləcəkdir.

Məsələlərlə bağlı əlavə məlumat almaq üçün 441-24-23 nömrəli telefona zəng etməklə əlaqələndirici şəxs M.Əliyevaya  (daxili nömrə 134) müraciət etmək olar.

                                                           

 

                   Satınalmalar komissiyası