14.05.2010

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu aşağıdakı SATINALMANI elan edir:

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində
Azərbaycan İpoteka Fondu aşağıdakı
SATINALMANI elan edir:


1.    Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun server və şəbəkə avadanlıqlarına dəstək xidməti üzrə müəyyən malların alınması və bununla əlaqədar xidmətlərin göstərilməsi ilə bağlı təkliflər sorğusu.
      Qeyd olunan satınalmada iştirak haqqı 50 AZN-dir. İştirak haqqı Azərbaycan İpoteka Fondunun aşağıdakı hesabına köçürülməlidir.
м/h 0132090005944, коd 210016, VÖEN – 1400729041, S.W.I.F.T BİK AZMFAZ22XXX
Satınalmada iştirak edən iddiaçı özü haqda aşağıdakı məlumatları təqdim etməlidirlər:
1.    Satınalmada iştirak etmək üçün ərizə;
2.    İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
3.    Hüquqi statusu və dövlət qeydiyyatını təsdiq edən sənədlərin surətləri (nizamnamə, lisenziya və dövlət qeydiyyat şəhadətnaməsi), ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri, VÖEN, bank rekvizitləri;
4.    Təkliflər sorğusunun Əsas şərtlər toplusunda tələb olunan digər sənədlər və məlumatlar.
İddiaçılar təqdim edəcəyi mal və xidmətlərin keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da əlavə edə bilər.
     Satınalma üzrə əsas şərtlər toplusunu, iştirak haqqının ödənilməsi təsdiq edən sənədi (qəbz) təqdim etməklə əlaqələndirici şəxsdən almaq mümkündür.
Satınalma üzrə möhürlənmiş və imzalanmış təkliflər zərfləri 03 iyun 2010-cu il saat 18.00-dək, bütün digər tələb olunan sənədlər isə 24 may 2010-cu il saat 18.00-dək Azərbaycan İpoteka Fondunun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında Fondun təhlükəsizlik xidməti tərəfindən qəbul ediləcəkdir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Satınalma üzrə zərflər 04 iyun 2010-cu il saat 15.00 –da Azərbaycan İpoteka Fondunun inzibati binasında açılacaqdır. İddiaçılar ən azı bir gün əvvəl səlahiyyətli nümayəndəsinin adını yazılı surətdə Satınalmalar komissiyasına bildirməklə, zərflərin açılmasında iştirak etməyə dəvət olunurlar. Bu zaman həmin şəxs  səlahiyyətlərini təsdiq edən müvafiq sənəd və ya vəkalətnamə təqdim etməlidir.
Məsələ ilə bağlı, əlavə məlumat almaq üçün 441-24-23 nömrəli telefona zəng etməklə əlaqələndirici şəxs Mətin Hacıyevə (daxili nömrə 133) müraciət etmək olar.
                                                            

                   Satınalmalar komissiyası