24.09.2018

İpoteka və Kredit Zəmanət Fondu elan edir

İpoteka və Kredit Zəmanət Fondunun informasiya sistemlərinə dəstək xidmətlərinin göstərilməsi üzrə xidmətlərin satın alınması ilə bağlı müddətlərdə dəyişikliklər edilib.

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun 30.2-ci maddəsinə uyğun olaraq Satınalmalar komissiyası tərəfindən açıq tender üzrə satınalmanın müddəti uzadılıb.

Tender üzrə ilkin sənədlərin təqdim edilmə tarixi 12 oktyabr 2018-ci il saat 18.00-dək, təklif zərfləri və təklifin təminatı 23 oktyabr 2018-ci il saat 18.00-dək Fondun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək. Təklif zərfləri 24 oktyabr 2018-ci il saat 15.00-da Fondun inzibati binasında açılacaq.

Təklifin qüvvədə olma müddəti 12 dekabr 2018-ci il, təklifin təminatının qüvvədə olma müddəti 04 fevral 2019-cu il tarixinədək müəyyən edilib. 

Açıq tender ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (133) nömrəli telefona zəng etmək olar.

Satınalmalar komissiyası