04.05.2007

Azərbaycan İpoteka Fondunun mətbuat xidmətinin məlumatı

Cari ilin yanvar ayın 23-də Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasında ipoteka kreditlərinin verilməsi mexanizminin təkmilləşdirilməsiH, "Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi Qaydaları" və "Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları” fərmanının icrası ilə dövlət vəsaiti hesabına maliyyələşən ipoteka kreditləşməsi sahəsində həyata keçirilmiş prosedur təkmilləşdirmələri və şərtlərin yumşaldılması nəticəsində vətəndaşların bu maliyyə xidmətlərinə çıxış imkanları və ipoteka bazarının iştirakçılarının aktivliyini artırılmışdır.

Cari ilin may ayın ikisinə olan məlumata əsasən ipoteka kreditləşməsi sahəsində fəaliyyət göstərən müvəkkil kredit təşkilatları tərəfindən ümumi həcmi 36 mln. manat təşkil edən 1000 ipoteka krediti verilmişdir.

Kredit alanların 70% gənclər və gənc ailələrdir. Bu günədək ümumi məbləği 1 37 mln. manat təşkil edən 45 güzəştli ipoteka krediti verilib. İpoteka kreditləşməsinin inkişafı nəticəsində regionlarda 2 mln. manat təşkil edən 76 ipoteka krediti verilib. AR Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondu (AİF)  MKT-lər tərəfindən verilmiş 1000 ipoteka  kreditlərinin 700–nin maliyyələşdirilməsini həyata keçirib.

AİF xətti ilə verilən ipoteka kreditləri alınan yaşayış sahələrinin maliyyələşdirilməsinə yönələrək Azərbaycan Respublikasının vətəndaşlarının yaşayış şəraitinin yaxşılandırılmasına xidmət edir.