28.02.2017

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti aşağıdakı AÇIQ TENDERİ elan edir

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin "Elektron hökumət” portalında “Elektron ipoteka” sisteminin yaradılması və tətbiq edilməsi ilə bağlı mal və xidmətlərin satın alınmasına dair açıq tender.

Tenderdə iştirak haqqı 500 AZN-dir. İştirak haqqı “Azərbaycan İpoteka Fondu” ASC-nin aşağıdakı hesabına köçürülməlidir:

 

VÖEN: 1403502281

Hesab №: AZ57NABZ01360450000000005944

Bank:

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Kodu:  501004

VÖEN: 9900071001

Müxbir hesab: AZ74NABZ01451700000000001944

S.W.I.F.T  BIK: NABZAZ2C

 

İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

-              Tenderdə iştirak etmək üçün ərizə;

-              İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-              Tender təklifi;

-              Təklifin qiymətinin 1%-i məbləğində bank zəmanəti. Bank zəmanətini təqdim edən qeyri-rezident banklar BB+ və ya daha yuxarı beynəlxalq kredit reytinqinə malik olmalıdır.

-              Hüquqi statusu və dövlət qeydiyyatını təsdiq edən sənədlərin (nizamnamə, dövlət qeydiyyat şəhadətnaməsi və ya reyestrdən çıxarış, VÖEN) notariat qaydasında təsdiq edilmiş surətləri, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri, bank rekvizitləri;

-              Təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);

-              Ən azı 5 (beş) il müddətində hüquqi və maliyyə  baxımından müstəqil şirkət kimi fəaliyyət göstərməsini təsdiq edən sənəd;

-              İddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

-              İddiaçının fəaliyyətinin axırıncı maliyyə ilinin vəziyyəti haqqında bank arayışı;

-              Son il üçün kənar auditor rəyi ilə təsdiqlənmiş maliyyə hesabatları;

-              Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (Dövlət Sosial Müdafiə Fondu və Vergilər Nazirliyi);

-              İddiaçının anoloji işlərdə təcrübəsi, maliyyə, potensial texniki və kadr imkanlarına dair:  

    1. Son 3 ildə iddiaçının orta illik dövriyyəsinin 1 (bir) milyon manatdan az olmamasını təsdiq edən sənəd;
    2. Son 5 ildə iddiaçı tərəfindən dövlət orqanlarında ən azı 1 (bir) oxşar layihənin həyata keçirilməsi haqqında məlumat (məlumatda Sifarişçinin adı və əlaqə saxlamaq üçün Sifarişçinin əlaqələndirici şəxsinin adı və telefon nömrəsi göstərilməlidir);
    3. Oxşar layihələr  üzrə iş təcrübəsini təsdiq etmək üçün belə layihələrin həyata keçirildiyi ən azı 3 (üç) müəssisə və təşkilatdan tövsiyə məktubu;
    4. İddiaçının layihənın icrasına cəlb olunacaq işçilərinin tərcümeyi halları və texniki kvalifikasiyalarını təsdiq edən sənədlər;
    5. təklif olunan malları satmağa müvəkkil edildiyini təsdiq edən Avtorizasiya forması (Manufacturer Authorization Form);

-              Əsas şərtlər toplusunda qeyd olunan digər sənəd və məlumatlar.

İddiaçı təqdim edəcəyi xidmətlərin keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da təqdim edə bilər. Aşağıda qeyd olunan lisenziya və sertifikatlara malik iddiaçılara üstünlük veriləcəkdir:

-               Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması və xidmət göstərilməsinə dair lisenziya;

-               İddiaçının İnformasiya Təhlükəsizliyi (Təhlükəsizlik metodları – İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri) üzrə beynəlxalq ISO/IEC 27001 sertifikatı;

-               İddiaçı tərəfindən xidmətlərə cəlb olunan mütəxəssislərin biznes analitika (BI) üzrə sertifikata malik olması;

-               İddiaçının keyfiyyət menecmenti üzrə beynəlxalq sertifikat (ISO 9001:2008).

İştirak haqqının ödənilməsini təsdiq edən sənədi (qəbz) təqdim etməklə əlaqələndirici şəxsdən tenderin əsas şərtlər toplusunu almaq mümkündür. Tenderin Əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.

Tender üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 05 aprel 2017-ci il saat 18.00-dək, tələb olunan digər sənədlər isə 27 mart 2017-ci il saat 18.00-dək “Azərbaycan İpoteka Fondu” ASC-nin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Tender zərfləri 06 aprel 2017-ci il saat 15.00–da “Azərbaycan İpoteka Fondu” ASC-nin inzibati binasında açılacaqdır.

Tenderlə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (daxili 133) nömrəli telefona zəng etmək olar. 

Satınalmalar Komissiyası