12.11.2010

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu aşağıdakı AçIQ TENDERİ elan edir:

İpoteka kreditləşməsinin avtomatlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunda “Elektron ipoteka” sisteminin yaradılması üzrə mal və xidmətlərin satın alınması ilə bağlı açıq tender.
Satın alınacaq mal və xidmətlər Azərbaycan İpoteka Fondu ilə ipoteka kreditləşməsi bazarının iştirakçıları arasında aparılan biznes əməliyyatlarının tam avtomatlaşdırılması üçün yeni elektron idarəetmə sisteminin yaradılması ilə bağlı olacaqdır. Elektron idarəetmə sistemi ipoteka kreditləri üzrə vətəndaşların müraciətlərinin qəbulunun, kreditlərin verilmə prosesinin, müvəkkil banklarla sənəd dövriyyəsi və mübadiləsinin, hesabatların təqdim edilməsinin avtomatlaşdırılmasını, verilmiş kreditlər üzrə vahid reyestrin yaradılmasını və s. nəzərdə tutur. “Elektron ipoteka” sisteminin tətbiq edilməsi 18 (on səkkiz) ay müddətinə başa çatdırılmalıdır.
 Tenderdə iştirak haqqı 1000 (bir min) AZN-dir. İştirak haqqı Azərbaycan İpoteka Fondunun aşağıdakı hesabına köçürülməlidir:
m/h  0132090005944, коd 210016, VÖEN – 1400729041, S.W.I.F.T BİK AZMFAZ22XXX
İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
1.    Tenderdə iştirak etmək üçün ərizə;
2.    İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
3.    Tender təklifi;
4.    İddiaçının hüquqi statusunu və ixtisas göstəricilərini əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri, VÖEN, bank rekvizitləri və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;
5.    Təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
6.    Təklifin qiymətinin 1%-i məbləğində bank təminatızəmanəti (əsas şərtlər toplusuna əlavə edilən formada). Bank təminatını zəmanətini təqdim edən qeyri-rezident banklar BB+ və ya daha yuxarı beynəlxalq kredit reytinqinə malik olmalıdır.
7.    İddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı;
8.    Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması barədə müvafıq vergi orqanından arayış;
9.    Tenderin əsas şərtlər toplusunda tələb olunan digər sənədlər və məlumatlar.
İddiaçılar informasiya texnologiyalarının idarə edilməsi sahəsində peşəkarlığının, ən azı 2 il iş təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin olması barədə digər məlumatları da təqdim etməlidir.
 Bağlanacaq satınalma müqaviləsinin icrası ilə bağlı subpodratçılarla müqavilə imzalanmasına yol verilir. İddiaçıların ixtisas göstəricilərinə olan tələblər subpodratçılara da şamil ediləcəkdir.  
İxtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi zamanı “Elektron ipoteka” sistemini tətbiq etdiyi müvafiq təşkilatlardan tövsiyyə məktublarını təqdim etmiş iddiaçılara üstünlük veriləcəkdir.
İştirak haqqının ödənilməsini təsdiq edən sənədi (qəbz) təqdim etməklə əlaqələndirici şəxsdən tenderin əsas şərtlər toplusunu almaq mümkündür. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.
Möhürlənmiş və imzalanmış təkliflər zərfləri və təkliflərin təminatı 10 yanvar 2011-ci il saat 18.00-dək, bütün digər tələb olunan sənədlər isə 24 dekabr 2010-cu il saat 18.00-dək Azərbaycan İpoteka Fondunun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında mühafizə polisi tərəfindən qəbul ediləcəkdir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflər 11 yanvar 2011-ci il saat 15.00–da Azərbaycan İpoteka Fondunun inzibati binasında açılacaqdır. İddiaçılar ən azı bir gün əvvəl səlahiyyətli nümayəndəsinin adını yazılı surətdə Satınalmalar komissiyasına bildirməklə zərflərin açılmasında iştirak etməyə dəvət olunurlar. Bu zaman həmin şəxs  səlahiyyətlərini təsdiq edən müvafiq sənəd və ya vəkalətnamə təqdim etməlidir.
Tenderlə bağlı əlavə məlumat almaq üçün (tel: (+994) 12 441-24-23 (daxili nömrə 133); faks: (+994) 12 598 11 77) əlaqələndirici şəxs Mətin Hacıyevə  müraciət etmək olar.
                                                            

                   Satınalmalar komissiyası