Tələb olunan sənədlər

Tələb olunan sənədlər:

- kreditin və zəmanətin verilməsinə dair qeydlər, habelə bankın daxili kredit reytinqi modelinin nəticəsi göstərilməklə müvəkkil bankın səlahiyyətli orqanının qərarı;

- borcalanın maliyyə vəziyyətini əks etdirən sənədlər və məlumatlar;

- borcalanın müvəkkil banka təqdim etdiyi kredit sifarişi ərizəsi və kredit hesabatı;

- borcalanın təsis sənədləri (fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənəd) və VÖEN-i;

- zəmanət verilməsi üçün müraciət olunan tarixə borcalanın dövlət büdcəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş borcu olmadığını və ya müvəkkil bankdakı hesabı üzrə müvafiq dövlət orqanlarının sərəncamı olmadığını təsdiq edən sənədlər;

- borcalanın son hesabat ili üzrə vergi bəyannaməsi (və ya bəyannamələri), şəxsi hesab vərəqəsindən çıxarış, vergi borcu barəsində arayış (yeni fəaliyyətə başlayanlar istisna olmaqla), ƏDV ödəyicisi olduqda son 6 ay üzrə ƏDV bəyannamələri;

- borcalan və zamin hüquqi şəxs olduqda, onların nizamnamə kapitalında 25%-dən çox iştirak payı olan fiziki və (və ya) hüquqi şəxslər barədə kredit hesabatları;

- borcalanın nizamnamə kapitalında 25%-dən çox iştirak payı olan fiziki şəxslərin, habelə kredit üzrə təminat vermiş fiziki şəxslərin (zaminlərin, girov (ipoteka) qoyan və s.) şəxsiyyətini təsdiq edən sənədlər;

- borcalanın hüquqi şəxs olan qanuni təmsilçisi, nizamnamə kapitalında 25%-dən çox iştirak payı olan hüquqi şəxslər, həmçinin kredit üzrə təminat vermiş hüquqi şəxslər barədə (zaminlərin, girov (ipoteka) qoyan və s.) dövlət reyestrindən çıxarış;

- təminat qismində çıxış edən girov (ipoteka) predmeti olan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd;

- girov (ipoteka) predmetini qiymətləndirmə aktı;

- borcalanın müvəkkil banka aidiyyəti olan şəxs olmadığını təsdiqləyən və müvəkkil bankın səlahiyyətli nümayəndəsinin imzaladığı sənəd;

- borcalanın ona dair məlumatların Fonda ötürülməsinə dair razılığını təsdiq edən sənəd.