Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna Avtonəqliyyat vasitələrinin satın alınması ilə bağlı açıq tender üsulu tətbiq edilməklə keçirilmiş elektron satınalma "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən baş tutmamış elan edilir və onun davamından imtina olunur.
Məsələ ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 nömrəli telefona zəng etməklə əlaqələndirici şəxsə (daxili nömrə 111) müraciət etmək olar.
Satınalmalar Komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.