Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət
Fondu Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşir. Fond Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il
25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. Fond barədə
ətraflı məlumatları http://mcgf.gov.az/ rəsmi internet saytından əldə etmək olar.
Satınalma
predmeti avtonəqliyyat vasitələridir. Satın alınan avtonəqliyyat
vasitələri öz obyektiv texniki və keyfiyyət göstəricilərinə uyğun olmalıdır. Satınalma müqaviləsi Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli
qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma
müqaviləsinin nümunəsi”nə uyğun olaraq yazılı formada bağlanacaqdır. Satınalma müqaviləsinin icra müddəti minimum
6 ay, maksimum 1 il nəzərdə tutulur. Avtonəqliyyat vasitələri müvafiq sənədlər
(qaimələr, aktlar, digər sənədlər) əsasında təhvil verildikdən sonra 5 iş günü
ərzində ödəniş həyata keçiriləcəkdir.
Satınalma ilə
bağlı Fond ilə iddiaçılar arasında qarşılıqlı məlumat mübadiləsi, satınalma
prosedurlarına dair izahat alınması və sənədlərin təqdim olunması, habelə
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə
tutulmuş hallarda bildirişlərin göndərilməsi elektron qaydada dövlət
satınalmalarının vahid internet portalı (https://etender.gov.az/) vasitəsilə təşkil ediləcəkdir. Fond ilə
elektron satınalmanın iştirakçıları və ya onların özü arasında yalnız dövlət
satınalmalarının vahid internet portalı vasitəsilə əlaqə saxlanılacaqdır.
Malgöndərənlərin
(podratçıların) ixtisas göstəriciləri “Dövlət satınalmaları haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş aşağıdakı meyarlara uyğun gəlməlidir:
-
satınalma müqaviləsinin icrasını təmin etmək üçün
müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının,
işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması;
-
satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;
-
öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə
etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
-
müflis elan olunmaması, əmlakı üzərinə həbs
qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə
kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
-
Azərbaycan Respublikasında vergilərə və digər
icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə
son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan)
vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən
edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;
-
satınalma prosedurlarının başlanmasından əvvəlki 5
il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar
fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas
göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum
olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının
məhkəmə qaydasında qadağan edilməməsi;
Elektron
satınalma qiymətləndirilmə nəticəsində ən sərfəli sayılan təklif əsas
götürülməklə malgöndərənlərə (podratçılara) təqdim olunan qiymət və digər
meyarlar əsasında həyata keçiriləcəkdir. Müvafiq prosedurlar “Dövlət
satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
Tender
təklifinin qiymətləndirilməsi meyarları aşağıdakılardır:
-
Qiymət amili – 80 bal;
-
Zəruri texniki və keyfiyyət xüsusiyyətləri – 20
bal, o cümlədən avtonəqliyyat vasitələrinin xarakteristikası 5 bal,
avtonəqliyyat vasitələrinin satın alınması üzrə şərtlər 5 bal (təklif olunan
satınalma müqaviləsinin icra müddətinə müvafiq hesablanacaqdır), zəmanətin
şərtləri 5 bal və Bakı şəhərində servis xidmətinin mövcudluğu 5 bal.
Təkliflərin
qiymətləndirilməsi üçün tətbiq ediləcək riyazi düstur aşağıdakı kimidir:
məsələn, 80 bal ən aşağı qiymət verən malgöndərənə verilir və digər
malgöndərənlərin maliyyə amili isə ən aşağı qiymət verən malgöndərənin qiymət
təklifi həmin malgöndərənin qiymət təklifinə bölünüb 80-ə vurulmaqla müəyyən
edilir. Kəmiyyətlə ifadə olunan texniki göstəricilər üzrə ən yaxşı təklif verən
malgöndərənə müvafiq meyar üzrə maksimum bal qiymət amili üzrə müvafiq riyazi düstura
uyğun verilir.
Təklifin qiymətinə bütün xərclər (o cümlədən nəqliyyat, sığorta xərcləri, vergilər və
rüsumlar) daxil
edilməlidir. Qiymət təklifi bütün xərclərin cəmi nəticəsində hesablanaraq
AZN-lə ifadə olunmalıdır.
Səmərəli rəqabətin təmin edilməsi və
elektron satınalmanın baş tutması üçün qeydiyyatdan keçməli olan
malgöndərənlərin (podratçıların) minimal sayı 3 olmalıdır.
Elektron satınalmaya buraxılış və qoşulma
qaydası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647
nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet
portalı haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir. Elektron satınalmada iştirak haqqının
məbləği və ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2021-ci il 20 dekabr tarixli 396 nömrəli Qərarı ilə təsdiq edilmiş “Açıq tender
və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə
keçirilən satınalmalarda iştirak haqqının məbləği, ödənilməsi və ondan istifadə
Qaydası” ilə tənzimlənir. İştirak haqqı
250 manat təşkil edir və heç bir halda geri qaytarılmır.
Malgöndərənlərin iddiaçı kimi
elektron satınalmada qeydiyyatdan keçməsi üçün aşağıdakı sənədlər 12 oktyabr
2023-cü il saat 10:00-dək dövlət
satınalmalarının vahid internet portalında yerləşdirilməlidir:
- Tenderdə
iştirak etmək üçün ərizə;
- İddiaçının
hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında
şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) surətləri;
- Tender
təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin
səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
- İddiaçının
müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə
imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olmasını,
habelə iş təcrübəsini təsdiq edən sənədlərin surətləri;
- İddiaçının
son bir ildəki (əgər daha az müddət fəaliyyət
göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank
tərəfindən verilmiş arayış və bank rekvizitləri;
- İddiaçının
öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə
qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs
qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə
kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə müvafiq dövlət
qurumundan arayış;
- Satınalma
prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini
idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma
müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə
əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə
fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında
müvafiq dövlət qurumundan arayış;
- İddiaçının
mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünə dair meyar
göstəricilərini əks edən müvafiq dövlət qurumundan arayış.
Elektron
satınalma zamanı təqdim olunacaq məlumatlar, habelə Əsas şərtlər toplusu
Azərbaycan dilində olmalıdır. Təkliflər
və təkliflərin qiymətlərinin 1 faizi həcmində bank zəmanəti
20 oktyabr 2023-cü il saat 18:00-dək dövlət
satınalmalarının vahid internet portalında yerləşdirilməlidir. Hər bir iddiaçı tender üzrə
yalnız bir təklif verə bilər. Tender təklifləri Azərbaycan dilində təqdim
edilməlidir. Tender təklifində onun hansı tender üzrə olduğu, tender təklifinin
qüvvədə olma müddəti və tender təklifinin tarixi (sənədin tarixi) qeyd olunmalıdır.
Elektron satınalma 23 oktyabr
2023-cü il tarixində saat 10:00-da dövlət
satınalmalarının
vahid internet portalında açılacaqdır. Elektron
satınalma zamanı Fond bütün iştirakçıların eyniləşdirmə məlumatlarını məxfi
saxlayacaqdır.
Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət
satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”yə görə
satınalmaların nəticələri avtomatik müəyyən olunur və qərar qəbul edilməsi üçün
elektron qaydada Satınalmalar komissiyasına göndərilir. Satınalmalar
komissiyası təqdim olunan tender təkliflərini daxil olduqları ardıcıllıqla açır
və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq qiymətləndirərək qərar qəbul edir, qərarı gücləndirilmiş elektron imza
vasitəsilə imzalayır və portalda yerləşdirir. Tenderin nəticələri haqqında
yekun protokol Satınalmalar komissiyanın bütün üzvləri tərəfindən
gücləndirilmiş elektron imza vasitəsilə imzalandıqdan sonra dövlət
satınalmalarının vahid internet portalı vasitəsilə aidiyyəti üzrə göndərilir.
“Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanunu, digər normativ hüquqi aktlara istinadlar və bu
sənədləri dövlət satınalmalarının vahid internet portalının qanunvericilik
hissəsindən (https://www.etender.gov.az/qanunlar-5)
və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi aktların vahid
elektron bazasından http://e-qanun.az/
əldə etmək olar.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan
əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın
vəzifəli şəxslərinin adı, vəzifəsi və ünvanı: Təchizat departamenti direktorunun müavini-Təsərrüfat şöbəsinin rəisi Fərid
Əsgərov, iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 111), Faks:
(+99412) 598-11-77; Təchizat departamentinin Təsərrüfat şöbəsinin aparıcı
mütəxəssisi Namik Əliyev, iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23
(daxili 121), Faks: (+99412) 598-11-77. Bakı şəhəri, Bülbül prospekti 40 (Fondun ünvanı).
Satınalan
təşkilatın “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya
zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının)
qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır.
Fondun satınalmalar üzrə təcrübəsində gözləmə müddəti tətbiq edilmir.
Tenderin
qalibinə tender təklifi aksept edildikdən sonra bildiriş göndəriləcək və yazılı
formada satınalma müqaviləsi bağlanacaqdır. İxtisas göstəricilərinin təkrar
təsdiqinin prosedurları müəyyən edilmir. Tenderin
qalibi tərəfindən satınalma müqaviləsinin 5%-i həcmində
Əsas şərtlər Toplusuna 3 №-li Əlavədə göstərilən bank zəmanəti formasında
müqavilənin yerinə yetirilməsi təminatı təqdim olunmalıdır
Fond
tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər
toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli avtonəqliyyat
vasitələri üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni avtonəqliyyat
vasitələrinin təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli
düzəliş tətbiq edəcəkdir. Tender yalnız mikro, kiçik və orta sahibkarlıq
subyektlərinin iştirakı ilə keçiriləcəkdir.
Satınalmalar Komissiyası