04.08.2023

İpoteka və Kredit Zəmanət Fondu elan edir

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən avtonəqliyyat vasitəsinin satın alınması ilə bağlı açıq tender üsulunu tətbiq etməklə keçirilən elektron satınalmanın müddətlərində aşağıdakı dəyişikliklər edilmişdir:

 

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun 30.2-ci maddəsinə uyğun olaraq Satınalmalar komissiyası tərəfindən açıq tenderin müddəti uzadılmışdır.

Satınalma üzrə ilkin sənədlərin təqdim edilmə tarixi 10 avqust 2023-cü il saat 10.00-dək, tender təklif və təklifin təminatı 18 avqust 2023-cü il saat 18.00-dək dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada qəbul ediləcəkdir. Təklif zərfləri 21 avqust 2023-cü il saat 10.00-da dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada açılacaqdır.

Təklifin qüvvədə olma müddəti 2 oktyabr 2023-cü il, təklifin təminatının qüvvədə olma müddəti 15 noyabr 2023-cü il tarixinədək müəyyən edilmişdir.

Satınalma ilə bağlı əlavə məlumat almaq üçün əlaqələndirici şəxs: Fərid Əsgərov (+99412) 441-24-23 (daxili 111).     

                                                                                                     Satınalmalar komissiyası