Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrində təmir-bərpa işlərinin satın alınması ilə bağlı açıq tender üsulu tətbiq edilməklə keçirilmiş elektron satınalma başa çatmışdır. Tender üzrə "DƏMİRÇİ TİKİNTİ ŞİRKƏTİ" MMC ilə 05 iyul 2023-cü il tarixli 07/2023 nömrəli satınalma müqaviləsi bağlanmışdır.
Satınalmalar Komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.