16.06.2023

İKZF-nin istiqrazlarının 40 mln. manatlıq emissiyası yerləşdirilmişdir

16 iyun 2023-cü il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 40,000,000 manat həcmində sənədsiz adlı, faizli təmin edilmiş ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılmış və tam şəkildə yerləşdirilmişdir.

Mərkəzi Bank tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun sənədsiz adlı, faizli ipoteka istiqrazlarının Emissiya prospekti 25 may 2023-cü il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 40,000,000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçirilmişdir.